Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Superfon Maliyyə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmə bacarığı olmalıdır.
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə: Maliyyə üzrə mütəxəssis
İş yeri: Gəncə şəhəri
İş təcrübəsi: Minimum 3 il
Təhsil: Ali təhsil
Yaş həddi: 25 və ya üzəri
İşin təsviri: Müəssisənin maliyyə işlərinə nəzarət və hesabatların hazırlanması.
Vəzifə öhdəlikləri:
- Filialların borc portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Filiallarda verilmiş debitor borcları monitorinq etmək və monitorinq olunan borcların keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda şirkətin daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
- Kassalarda olan mövcud pul vəsaitlərini dövrü və növbədənkənar monitorinqini təşkil etmək;
Tələblər:
- İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- 1 il monitorinq, audit, təftiş sahəsində təcrübə;
- Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
- Microsoft Office proqramlarını (xüsusi ilə də MS Excel) normal səviyyədə bilməlidir
- Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
- İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
- Şəxsi avtomobilin olması vacibdir.
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.
Müraciət qaydaları:
Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “ Maliyə monitorinqi üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 21.10.2020.
Oxşar vakansiya siyahısı:
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin idarə edilməsi departamenti, Əməliyyat risklərinin idarə edilməsi şöbəsi/şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzində aparıcı mütəxəssis / baş mütəxəssis/menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Muhasib operator vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard) Masallı, Lənkaran və Astara şəhərlərində yerləşən, filiallar üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
CMT Group MMC Muhasib operator vəzifəsi üzrə vakansiya elan edir. ...