Maliyyə xidməti üzrə işçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaƏ/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Maliyyə xidməti üzrə işçi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini səlis bilməlidir.

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş ofis üçün MALİYYƏ XİDMƏTİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas Öhdəliklər:

  • Öncədən Ödəniş Kartlarının əməliyyatlarına köməklik etmək və kreditin fasiləsiz verilməsini təmin etmək.
  • Müştərilərin kart hesabına köçürülməli olan vəsaitlərin mövcudluğunu təmin edilməsi və əsas hesabdakı balansın artırılması üçün vəsaitlərin idarə edilməsi şöbəsi/xəzinə ilə əlaqələndirməsi;
  • Kredit ödənişləri üçün Öncədən Ödəniş Kartlarının proqnozlaşdırılan tələbinin müəyyən edilməsi məqsədi ilə baş ofisin şöbələri və filiallarla sıx əməkdaşlığın qurulması;
  • Terminal şirkətləri və banklarla six əməkdaşlığın edilməsi və məhsuldar əlaqələrin qurulması, interfeysdə lazım olan hər hansı bir dəyişikliyin edilməsi, hər hansı bir əməliyyat və ya proses tipli dəyişiklikliyin edilməsi;
  • Müştərinin Öncədən Ödəniş Kartlarının hesabına pul köçürmək üçün sorğu faylını hazırlanması, məlumatların yoxlanılması və kart emal edən şirkətin veb interfeysinə yüklənilməsi.
  • Müəyyən edilmiş prosedura uyğun olaraq plastik kart inventarının daimi yenilənməsi və saxlanılması
  • Terminallarla əlaqəli kritik problemlərin həllində CRM ilə işləmək, quraşdırılmış nağd pul terminallarının işlək vəziyyətdə olmasından əmin olmaq, nasazlığa rast gəldikdə, şikayətlərin vendor şirkətlərə yönləndirilməsi və operativ həllinin təmin edilməsi.
  • Mədaxil Terminal Əməliyyatlarının idarə olunmasına kömək edilməsi və şirkətin hesabına vaxtında pul köçürməsinin təmin edilməsi.
  • Banklar və onlayn kanallar vasitəsilə kredit ödənişləri üçün onlayn imkanların idarə olunmasına kömək edilməsi;
  • Ödənişlər üçün əməliyyatın icra vəziyyəti ilə bağlı hesabatını hazırlanması və department rəhbərinə aylıq hesabatın verilməsi
  • Satış kanallarının rüblük əməliyyatlar hesabatını vaxtlı şəkildə qərargaha təqdim edilməsi;
  • Nağd əməliyyatlar üçün CBAR-ın uyğunluq qaydaları haqqında biliklərin mütəmadi yenilənməsi və FINCA Azərbaycanın hər zaman bu qaydalara əməl etməsinin təmin edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • İqtisadiyyat və ya İdarəetmə üzrə magistr dərəcəsi;
  • Minimum 2 il maliyyə sektorunda effektiv əlaqələr qurmaq və tərəfdaşlarla əlaqələndirmə təcrübəsi;
  • MS Ofis proqramlarının mükəmməl bilməsi (MS Excel, MS Word, Power Point və s.);
  • Güclü ünsiyyət və vaxt idarəetmə bacarıqları;
  • Azərbaycan dilində səlis biliklər, İngilis və Rus dillərinin bilməsi üstünlükdür.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 19 sentyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Maliyyə Xidməti üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

20.06.2024 - Bakı

Əməliyyat meneceri

Barkod Electronics  əməliyyat meneceri vəzifəsinə vakansiya elan edir. ...

Baku Digital

10.06.2024 - Bakı, Zaqatala