Qısa məzmun
AGA Group Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə haqqında məlumat:
Struktur bölmə: Maliyyə departamenti
İş rejimi: 5 gün, 09:00-18:00
İş yeri: Demirchi Tower
Son müraciət tarixi: 20.10.2022
Xüsusi tələblər:
- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat sahələri üzrə üstünlükdür);
- İş təcrübəsi: Maliyyə Nəzarəti, Audit, Risklərin İdarəedilməsi, Hesabatlılıq sahəsi üzrə ən azı 1.5-2 il;
- Sertifikat/vəsiqə/lisenziya: Mühasibatlıq və vergi, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər təhsili (eyni zamanda ACCA F3/F7 sertifikatının olması üstünlükdür);
Vəzifə tələbləri:
- Kompüter bilikləri: 1C (yaxşı), Excel (əla), ERP;
- Dil: Azərbaycan dili (əla), İnglis dili (üstünlük verilir);
- Yaş: 24-28.
Vəzifə öhdəlikləri:
- İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını (hər dördünü) hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Kapital Qoyuluşu üzrə rüblük, yarımillik və illik hesabatların hazırlamaq;
- Faktiki rəqəmlərdəki dəyişikliklərin, dalğalanmaların və tendensiyaların aylıq, rüblük və illik təhlilini həyata keçirmək;
- Müvafiq əməliyyatları 1C proqramına daxil etmək.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Şirkətin fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
- Pul vəsaitləri üzrə proqnoz məlumatların hazırlanması və tələb edildiyi halda təsisçidən vəsait istəyi ilə bağlı müraciətin hazırlanması;
- Xərclər baxımından büdcə və nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, gəlirlər və xərclər üzrə büdcənin mərkəzləşdirilməsi;
- Şirkətin illik büdcəsinin hazırlanması;
- Büdcə üzrə uyğunluqla əlaqəli xərclər və yatırımların daim izlənməsi;
- Kredit borclar üçün banklar tərəfindən tələb olunan hesabatların və sənədlərin banka göndərilməsini təmin etmək;
- Debitor və kreditor borcları və avanslar üzrə yaşlanma cədvəllərinin hazırlanması;
- Aylıq büdcə-fakt analizinin aparılması;
- Audit tapıntılarının aradan qaldırılması üzrə işlər.
Bacarıqlar:
- Riyazi hesablama aparma;
- Analitik düşünmə;
- Dəqiqlik və detallara diqqətlilik ;
- Məsuliyyətlilik.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini e-mail ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...