Qısa məzmun
Ə/h 1500-2000 AZN. Boranı restoranlar şəbəkəsi Maliyyə direktoru vəzifəsi üzrə vakansiya elan edir. Elektron Maliyyə programlarında işləmə bacarıqı olmalıdır.
İş barədə məlumat:
- Departamentin işçilərinin fəaliyyətinə rəhbərlik və nəzarət, onlar arasında iş bölgüsünün aparılması;
- Mühasibat (maliyyə) hesabatlarının təyin edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyyatların aşkara çıxarılması və təchiz edilməsi məqsədi ilə mühasibat hesabatı üzrə şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili;
- Şirkətin maliyyə vəziyyəti ilə bağlı təhlillər aparılması və xidmət səviyyəsinin artırılması üzrə təkliflər verilməsi;
- İlkin mühasibat və maliyyə sənədlərinin hazırlanmasına, hesablaşmaların və ödəniş öhdəliklərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Əmək haqqı fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin edilməsinə, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının həyata keçirilməsinə, mühasibat uçotu və hesabatın təşkilinin yoxlanması;
- Filiallar üzrə xəzinadarların işini tənzimləyir, onlardan lazımi hesabatları tələb edir;
- Şirkət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi və ona nəzarət;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, əmək haqqının ödənilməsi hesabları, dövlət qurumlarına ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitlərinə nəzarət;
- Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
- Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinin idarə olunması;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi (rəhbərliyin təsdiqi əsasında);
- Şirkətin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət;
- Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və crasına nəzarət;
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsinin təşkilini həyata keçirmək;
Namizədə tələblər:
- Yaş-27-45
- Cinsiyyət – fərq etmir
- Maliyyə sahəsi üzrə ali ixtisas təhsil (minimum bakalavr);
- Maliyyə-mühasibat işi üzrə min. 5 il iş təcrübəsi;
- Kompyuter biliyi;
- Elektron Maliyyə programlarında işləmə bacarıqı;
- İdarəçilik qabiliyyətinə malik olmalı, mövcud qanunvericiliyi bilməli;
- Dil biliyi: Azərbaycan və rus dilini sərbəst bilməli.
İş şəraiti və əmək haqqı:
- 6 günlük iş rejimi (şənbə günü qısa iş saatı: 09:00-14:00);
- Nahar şirkət tərəfindən;
- Əmək haqqı – 1500-2000 AZN.
Uyğun namizədlərin lamiya.amirova@borani.az elektron ünvanına CV göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...