Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Sığorta Maliyyə Hesabatları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.MS Office ilə qabaqcıl istifadə bacarıqları olmalıdır.
Əsas öhdəliklər:
- Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərinin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;
- Aylıq korporativ hesabatların (“Rəhbərliyə Hesabat”) və Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə yarım-illik və illik maliyyə hesabatlarının hazırlanmasında bilavasitə iştirak etmək;
- Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
- Daxili hesabat sisteminin inkişaf prosesinə tövhə verir və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq.
- Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;
- Sığorta portfeli üzrə maliyyə vəziyyətinin təhlilində iştirak etmək;
- Kənar auditorların məlumat təminatında iştirak etmək;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqlar (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.).
Tələb olunan göstəricilər və bacarıqlar:
- Ali təhsil. İxtisas – Maliyyə, Mühasibat və s.
- İstiqamət üzrə 2 ildən çox təcrübə.
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dili biliyininn olmas.
- MS Office ilə qabaqcıl istifadə bacarıqları.
- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.
- Stresə davamlı, komandada işləmək bacarığı, təqdimat bacarığı, MHBS haqqında biliklər.Böyük dördlüyə (Big Four) aid olan audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Son müraciət tarixi: 12 Aprel 2020-ci il
Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi recruitment@pasha-insurance.az elektron ünvanına göndərin.
PAŞA Sığorta şirkətində karyera imkanları ilə maraqlandığınız üçün təşəkkürlər!
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...