Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bizim Market Maliyyə hesabatlığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin ediləcəkdir.
“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.
Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
Maliyyə hesabatlığı üzrə mütəxəssis
Namizədə olan tələblər:
- Maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Maliyyə hesabatların tərtib edilməsi üzrə minimum 1 il iş təcrübəsi;
- İFRS bilikləri arzuolunandır;
- Yüksək səviyyədə riyazi və texniki bacarıqlara sahib olmaq;
- Analitik düşünmə qabiliyyətinə sahib olmaq;
- Yüksək səviyyədə Excel bilikləri;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, ingilis dili və rus dili (üstünlükdür)
Vəzifə üzrə öhdəliklər:
- İdarəetmə uçotu üzrə maliyyə hesabatların (balans, gəlir/xərc hesabatı və pul vəsaitlərin hərəkəti haqqında hesabat) müəyyən edilmiş müddətdə tərtib edilməsi
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
- Əmək haqqı razılaşma yolu ilə (Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir).
Vakansiyaya müraciət üçün CV-ləri “Maliyyə hesabatlığı üzrə mütəxəssis” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...