Qısa məzmun
Avromed Company QSC Maliyyə Hesabatlığı və Büdcələmə şöbəsinin Baş mütəxəsisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin mövcud Büdcəsinin departamentlər və bütövlükdə şirkət səviyyəsində analiz edir;
- Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və məlumatların mütamadiliyinə nəzarət edir;
- Departamentlərin faktiki gəlirlərinin və xərclərinin aylıq, rüblük və illik hesabatlarının hazırlayır və həmin hesabatların büdcə ilə müqayisəli təhlil edir;
- Təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərini yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
- Verilmiş büdcədən kənarlaşma hallarının aşkara çıxarır və təhlil edir. Büdcədən kənar aşkar olunmuş əhəmiyyətli fərqlərin və yüksək məbləğli xərclərin təhlil edib şöbə və departament rəhbərini bu barədə məlumatlandırır;
- İllik büdcənin, pulların hərəkəti barədə proqnozları hazır edir;
- Departamentlərin və bütövlükdə şirkətin göstərilmiş proqnozlara uyğun əməliyyatlarının həyata keçirilməsinə nəzarət edir;
- Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesinə nəzarət edir;
- Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflər edir;
- Şirkətin uzunmüddətli biznes inkişafı və idarə edilməsi üzrə proqnozları hazır edir;
- Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir və büdcə rəqəmləri ilə fakitiki mühasibat qeydlərinin fərqlərini analiz edir;
- Hər ay hesabat dövrünün sonunda cari nəticələri büdcə nəticələri ilə müqayisə edir və mühüm yayınmalar barədə şöbə rəhbərini məlumatlandırır;
- Potensial pul axını problemlərini müəyyənləşdirmək üçün likvidlik analizini aparır və ortaya çıxa biləcək problemlərin aradan qaldırılması yollarının təhlil edir;
- Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasını təmin edir;
- Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün təkliflər verir;
- Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsinə nəzarət edir;
- Bütün hesabatların müəyyən edilən müddətlərə uyğun olaraq hazır olmasını təmin etmək üçün hesabat cədvəllərinin mütəmadi olaraq yenilənməsini təmin edir;
- Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
- Əməliyyat və maliyyə nəticələrini araşdırır və təkmilləşdirməyə dair tövsiyələrini verir;
- Gəlir və xərclərin təhlilini aparır;
- Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtib edir;
- Bir sıra variantlardan istifadə etməklə biznesin gələcək şəraiti ilə bağlı proqnozlar verir
- Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır və nəticələri yuxarı rəhbərliyə bildirir;
- Maliyyə departamentinin işinin düzgün yerinə yetirilməsi üçün lazım olan müvafiq məlumat və sənədlərin alınması üçün digər şöbə rəhbərlərinə yazılı müraciətetmək.
Tələblər:
- Maliyyə və iqtisadiyyat üzrə bakalavr təhsili;
- Maliyyə sahəsində azı 2-3 il iş təcrübəsi. (Big Four Audit şirkətləri və FMCG sahəsində çalışan mütəxəsislərə üstünlük veriləcək);
- Riyazi təfəkkür;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi;
- Səbir, təmkir və detallara diqqət;
- Prosseslərə nəzarət və peşə biliklərini payıaşma qabiliyyəti olmalı;
- Təzyiq altında işləmək qabiliyyəti;
- Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqlar;
- Komandada işləmək bacarığı;
- Təşkilatçılıq və İdarəetmə bacarıqları;
- Yerli Qanunvericilik və IFRS sahələrində praktiki və ya nəzəri biliyi olmalı;
- Maliyyə hesabatlarının hazırlanması prosesində Power BI və macroslardan istifadə etməklə, hesabatların avtomatlaşdırılması;
- ACCA, CFA üzrə sertifikatlı namizədlərə üstünlük veriləcəkdir;
- Dil bilikləri: Azərbaycan – əla, İngilis dili – əla, Rus dili – tələb deyil, üstünlük verir;
- Qabaqcıl PC istifadəçisi, 1C 8.2-3.
Maraqlananlar CV-lərini elektron ünvanına 17.12.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Maliyyə Hesabatlığı və Büdcələmə şöbəsinin Baş mütəxəsisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...