Qısa məzmun
Azerimed Maliyyə və uçot şöbəsinin müdiri (Maliyyə Meneceri) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Müəssisənin aylıq, rüblük, illik maliyyə hesabatlarının (Mənfəət və ya zərər, Balans, Pul vəsaitlərinin hərəkəti) və idarəetmə hesabatlarının hazırlanması işinin təşkili;
- Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarların qəbul edilməsi üçün təkliflərin verilməsi;
- Müəssisənin illik büdcəsinin tərtib olunması və onun icrasına nəzarət, o cümlədən, aylıq, rüblük və illik əsasda büdcə-fakt hesabatlarının hazırlanması işinin təşkili;
- Daxili və xarici auditorlarla koordinasiyalı şəkildə fəaliyyətin həyata keçirilməsi;
- Xarici audit prosesinin tam koordinasiya edilməsi;
- Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin təhlilinin həyata keçirilməsi işinin təşkili;
- Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Ay və il bağlantılarına nəzarət edilməsi, çatışmazlıqların vaxtında aradan qaldırılması;
- Mühasibat uçotunun standartlara uyğun olaraq təşkil olunmasını koordinasiya edilməsi;
- Müəssisənin iqtisadi göstəriciləri ilə başqa müəssisələrin göstəricilərinin müqayisəli təhlilinin aparılması, müəssisənin maliyyə göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanması;
- Müəssisənin iqtisadi fəaliyyətinin yekunları barədə hesabatların yuxarı təşkilatlara vaxtında verilməsinə nəzarət;
- Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Maliyyə və mühasibatlığa dair yerli qanunvericiliyin tələblərinə dair müfəssəl biliklər;
- Maliyyə uçotunun beynəlxalq standartlarına dair müfəssəl biliklər;
- 1C 8.3 ERP proqramında işləmək bacarığı;
- MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
- Liderlik, komanda ilə işləmə, ünsiyyət və təqdimetmə bacarıqları;
- Son tarixlərlə işləmə, çevik qərar-vermə və problem həll etmə bacarıqları;
- Aidiyyatı qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması bacarığı;
- Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;
- Beynəlxalq səviyyəli sertifikatların (CFA, ACCA, CIMA) sertifikatlarının olması arzu olunandı
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları) vəzifəsi üzrə vakansiya elan edir. ...
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...