Qısa məzmun
WorldTelecom Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət etmək üçün linkə daxil ola bilərsiniz: https://qlor.me/kou2fix9
Vəzifə öhdəlikləriniz:
- Müvafiq sahə üzrə ali bakalavr və magistr təhsili
- Maliyyə-mühasibat işi üzrə rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
- Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək
- Vergi qanunvericiliyi üzrə biliklər
- Yüksək səviyyədə Azərbaycan dili biliyi
- Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzuolunandır)
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı
- 1C 8.3 versiyası üzrə bilik və işlətmə bacarığı
- Statistik və riyazi biliklər
İş barədə məlumat:
- Cəmiyyət üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə uçotunu aparmaq və maliyyə hesabatlarının hazırlanması ilə bağlı maliyyə siyasətini hazırlamaq, maliyyə siyasətinin müntəzəm olaraq yenilənməsi üçün təkliflər vermək və icrasına nəzarəti həyata keçirmək
- Cəmiyyət üzrə vahid Hesablar Planını və ona uyğun olaraq standart müxabirləşmələrin hazırlanmasını təmin etmək
- Cəmiyyətin maliyyə və mühasibatlıq strukturlarına maliyyə uçotunun aparılmasında metodiki dəstək göstərmək, o cümlədən gündəlik əməliyyatlar üzrə maliyyə uçotuna dair meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanan maliyyə hesabatları üzrə maliyyə təhlillərini aparılmasını təmin etmək və müəyyən ediləcək uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflər vermək
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq Cəmiyyət konsolidasiya edilmiş illik maliyyə hesabatlarının hazırlanmasını təmin etmək
- Cəmiyyət üzrə maliyyə hesabatlarının kənar auditi proseslərini koordinasiya etmək;
- Cəmiyyətin digər struktur bölmələri və Maliyyə departamentinin digər şöbələri ilə koordinasiyanı təmin etmək
- Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində rəhbərliyə təkliflər vermək
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
- Həftədə 6 iş gün (10:00-19:00-dək)
- Təklif olunan əmək haqqı: 1000-1500 AZN
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...