Qısa məzmun
Garabag Resort & SPA Maliyyə Meneceri (Naftalan) vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Mühasibatlıq şöbəsini idarə etmək və öz tabeliyində olan bütün mühasibatlıq əməkdaşlarının vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malik olmaq.
- Şirkətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi.
- Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək.
- Mühasibatlıq sistemləri, siyasət və prosedurlar, habelə otel üçün müəyyən edilmiş yerli siyasətlər ilə yaxından tanış olmaq.
- Otel çərçivəsində bütün maliyyə əməliyyatları üçün müşayiətedici sənədləri və həyata keçirilmiş bütün daxili nəzarət tədbirlərini davamlı şəkildə yoxlamaqla, bu siyasət və prosedurlara riayət olunduğunu təmin etmək.
- Bütün bank hesabları və baş mühasibatlıq kitabının aktiv və passiv hesabları üçün yoxlama aktları hazırlamaq və aparmaq və bunları hər ay bütün müşayiətedici sənədlər ilə birlikdə yoxlamaq üçün Maliyyə Nəzarətçisinə təqdim etmək.
- Maliyyə Nəzarətçisinə büdcə və proqnozların hazırlanmasında kömək etmək və şöbə rəhbərlərinə öz xərcləri və büdcə tələblərini analiz etmək üçün yardımçı olmaq.
- Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtlı-vaxtında təqdim edilməsini təmin etmək.
- Mənfəətin illik, rüblük planlarının və rentabellik göstəricilərinin müəyyən edilməsi.
- Bütün maliyyə qaydalarının və standartlarının tətbiq edilən qrup standartlarına uyğunlaşdırılması və tətbiq edilməsi.
- Ayın bağlanması prosesi və konsolidə olunmuş maliyyə hesabatlarına daxil olan aylıq maliyyə hesabatlarının hazırlanmasına nəzarət.
- Müəssisəyə aid balanslara maliyyə nəzarəti və yoxlanışların edilməsi.
- Faktiki maliyyə nəticələrinin büdcəyə görə təhlili.
- Vergi qaydalarının uyğunluğunu təmin etmək.
- Qrup tərəfindən tövsiyə olunan müəssisəyə resurs planlaması (ERP) və hesabat mexanizmlərinin tətbiqində fəal iştirak etmək.
Namizədə qarşı tələblər:
- Müvafiq sahə üzrə ali və ya magistr təhsili
- Maliyyə meneceri vəzifəsində iş təcrübəsi
- Rus dili
- İngilis dili
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki həftənin 5 günü
- İş saatı: Əməliyyatlara uyğun 8 saatlıq iş rejimi,
- Şirkət hesabına ayda 2-3 dəfə Bakı şəhərinə gediş gəliş.
Təminatlar:
- Qalmaq üçün yer və qidalanma otel tərəfindən təmin olunur.
- Tibbi sığorta (Özü və ailə üzvləri, Sınaq müddəti bitdikdən sonra)
- Sim nömrə və mobil telefon
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə meneceri” yazaraq göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...