Qısa məzmun
Superfon şirkəti Maliyyə monitorinqi üzrə mütəxəssis ( Gəncə ) vəzifəsi üzrə vakansiya elan edir. Şəxsi avtomobilin olması vacibdir.
“DEFENDO MMC” şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefon, Aksesuar və Ehtiyyat Hissələrin şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.
Vəzifə öhdəlikləri:
- Filialların borc portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Filiallarda verilmiş debitor borcları monitorinq etmək və monitorinq olunan borcların keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda şirkətin daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
Tələblər:
- İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
- MS Office proqramlarını (xüsusi ilə də MS Excel) normal səviyyədə bilməlidir
- Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
- İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
- Şəxsi avtomobilin olması vacibdir.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə;
- Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
- CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Maliyyə monitorinqi üzrə kiçik mütəxəssi (Gəncə)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları) vəzifəsi üzrə vakansiya elan edir. ...
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...