Qısa məzmun
Zaman Broker Maliyyə Nəzarətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
- Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisədə aparılan mühasibat uçotuna nəzarət;
- Xərclər üzərində nəzarətin təmin edilməsi;
- Podratçılara ediləcək ödənişlərin yoxlanılması və təsdiq edilməsi;
- Bütün Mədaxil və Məxaric ödənişlərə nəzarət;
- Bank hesablarına nəzarət;
- Müştəri hesablarının auditi;
- Maliyyə / Mühasibatlıq uçot proqramında (ERP) aparılmış əməliyyatların yoxlanılması, müxabirləşmələr üzrə audit
- Audit tapıntılarının aradan qaldırılması üzrə müvafiq işlərin aparılması və tədbirlərin görülməsi;
- Ayın / İlin bağlanmasının koordinasiya edilməsi;
- Aylıq plan (büdcə) – fakt analizinin aparılması;
- Pul vəsaitləri üzrə qoyulmuş proqnozların izlənməsi;
- İllik büdcənin hazırlanmasında iştirak;
- Maliyyə hesabatlarının göstəriciləri (SOPL _ Mənfəət və Zərər Hesabatı, SOFP_Maliyyə Vəziyyəti haqqında Hesabat, Balans) üzərində detallı analizlərin aparılması;
- Xarici Auditorlar ilə koordinasiya şəklində işləmək və onların audit prosesinin effektiv şəkildə idarə edilməsi;
- Maliyyə Prosedurlarının təkminləşdirilməsi;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması.
Tələblər:
- Müvafiq sahədə ən azı 3 (üç) il iş təcrübəsi
- Maliyyə, Mühasibat uçotu, Audit sahəsində ali təhsil;
- Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Mühasibat üçotu haqqında qanun üzrə dərin biliklər;
- IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
- ACCA sertifikatları F3, F7;
- Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
- ERP və digər İT platformalarda işləmə bacarığı;
- Səlis Azərbaycan və İngilis dilləri üzrə biliklər;
- İdarəetmə, dəqiqlik, analitik təhlil qabiliyyətləri;
- İşi düzgün planlamaq bacarığı.
- Əmək haqqı AZN2,000 (iki min manat 00 qəpik)
Oxşar vakansiya siyahısı:
Keyfiyyətə Nəzarət üzrə Menecer
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
450₼
Kredit mütəxəssisiƏmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...