Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerbaijan Energy Regulatory Agency Maliyyə şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilini həyata keçirmək;
- Əmək haqqının hesablanmasını və ödənilməsini, aylıq maliyyələşmənin hazırlanmasını təmin etmək, əmək haqqı kartlarının sifarişini hazırlamaq və uçotunu aparmaq;
- Xəzinə və bank hesabları üzrə əməliyyatların aparılması ilə bağlı müvafiq sənədlərin hazırlanması yerinə yetirmək, daxili və xarici ezamiyyələrin Nazirlər Kabinetinin normalarına və Agentliyin daxili qaydalarına uyğun hesablanmasını və təhtəlhesab şəxslərlə hesablaşmaları həyata keçirmək;
- Müvafiq illər üzrə büdcənin hazırlanması, həmçinin icrasına nəzarət etmək;
- Hesabat dövrünün sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşmə aktlarını tərtib etmək;
- Maliyyə şöbəsinin daxili proseduları ilə bağlı qaydaları hazırlamaq.
TƏLƏBLƏR:
- Ali təhsil (Maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və s. aidiyyəti ixtisasları üzrə);
- Yaş həddi 27-45 aralığı;
- İxtisası üzrə azı 4 il iş stajı;
- Mühasibat uçotunun beynəlxalq standartları üzrə biliklərin olması
- MS Office proqramlarını və 1C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli;
- Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;
- Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı.
DİGƏR:
- Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- • Vakansiya üzrə müraciətin son müddəti: 27 may 2021-ci il
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Maliyyə – baş mütəxəssis) qeyd edin.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...