Maliyyə şöbəsinin müdiri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Təhsildə Keyfiyyət Təminatı Agentliyi Maliyyə şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq Agentliyin maliyyə planlaşdırması, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtib edilməsi, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparılması, statistik hesabatları tərtib edilməsi nəzərdə tutulmuşdur.
Düzgün maliyyə planlaşdırması Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən səmərəli istifadə olunmasında mühüm rol oynayacaqdır.

Vəzifə

Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq şöbənin əsasnaməsinə uyğun olaraq Agentliyin maliyyə planlaşdırmasını həyata keçirmək və icrasını təmin etmək olacaqdır.

Məsuliyyət:

  • Dövlət büdcəsindən, həmçinin büdcədənkənar fonddan ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasını, Agentlik tərəfindən aparılan hesablaşmaların və digər əməliyyatlarının, habelə öhdəliklərin icrasının düzgünlüyünü, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanılmasını təmin etmək;
  • Agentliyin işçilərinə əmək haqqının, məzuniyyət, ezamiyyə və iş qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar ödənişlərin, təqaüd və müavinətlərin vaxtında verilməsini, o cümlədən vergilərin və digər icbari ödənişlərin dövlət büdcəsinə vaxtında köçürülməsini və aidiyyati dövlət orqanlarına hesabatların təqdim olunmasını təmin etmək;
  • Debitor və kreditor borclarının, bank və kassa üzrə dövriyyələrin, aktivlərin, habelə onların köhnəlməsinin uçotunu aparılmasını təmin etmək;
  • Agentlikdə ciddi uçot blanklarının hərəkətinə nəzarət etmək və maliyyə məsələlərinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Agentliyin səmərəli fəaliyyəti üçün zəruri olan ləvazimatları üzrə ehtiyacları müəyyən etmək, malların (işlərin, xidmətlərin) satınalınmasına, təchizatına və təyinatı üzrə istifadəsinə, habelə əməyin mühafizəsinin təmin olunmasına nəzarəti həyata keçirmək;
  • Agentliyin inzibati-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini həyata keçirmək, inventarizasiyanı aparılmasına nəzarət etmək;
  • Vəzifə öhdəlikləri irəli gələn digər fəaliyyətləri həyata keçirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Maliyyə-mühasibat işi üzrə idarəçi kimi minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi(ingilis dili biliyi arzuolunandır);
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
  • ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzuolunandır;
  • Elektron Maliyyə programları üzrə bilik və işlətmə bacarığı;
  • Maliyyə sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
  • Statistik və riyazi biliklər
  • Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
  • Zamanı idarə edəbilmə qabiliyyəti

Üstünlüklər:

  • Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  • Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
  • Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “Maliyyə şöbəsinin müdiri” qeyd etməklə göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)

Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...

Expressbank ASC

18.02.2025 - Bakı

Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

17.02.2025 - Bakı

1500 — 2000 ₼
Aparıcı Mühasib

Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

17.02.2025 - Bakı

Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis

ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...

ATB Bank

17.02.2025 - Bakı

600 — 800 ₼
Kiçik – Mühasib

Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

17.02.2025 - Bakı

500 — 600 ₼
Kredit üzrə mütəxəssis 

GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...

GL ASC

17.02.2025 - Yevlax

Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi

Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...

Rabitabank OJSC

11.02.2025 - Kürdəmir

Mühasib köməkçi

Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group

10.02.2025 - Bakı

Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi

ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

06.02.2025 - Bakı

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

06.02.2025 - Bakı

Bank sistemlərinin təhlükəsizliyi şöbəsinin Aparıcı mütəxəssisi

“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...

Rabitabank OJSC

06.02.2025 - Bakı

1200 — 1500 ₼
Maliyyə hesabatlılığı üzrə mütəxəssis

AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

05.02.2025 - Bakı