Qısa məzmun
Mover LLC şirkəti Maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin aylıq(rüblük,illik) maliyyə nəğd pulun hərəkəti proqnozlarının hazırlanması, cash flow hesabatının hazırlanması
- Əməliyyat xərcləri ilə bağlı sənədlərin büdcə nəzarəti prosedurlarına uyğun olaraq günlük yoxlanılması və təsdiqi
- Maliyyə hesabatlarının analitik təhlilinin aylıq şəkildə həyata keçirilməsi
- Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarlarının qəbul edilməsi prosesini dəstəkləmək
- Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək
- Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək
- Kreditorlarla hesablaşmaların aparılması
- Vaxt aşırı kreditorlarla üzləşmə aktlarının tərtibi və üzləşmələrin aparılması
- ƏDV bəyannaməsinin hazırlanması və əvəzləşməsinin edilməsi
- ÖMV bəyannaməsinin hazırlanması və göndərilməsi
- Mənfəət bəyannaməsinin hazırlanması
- Digər lazımi bəyannamələrin tərtib edilməsi və vergi orqanlarına göndərilməsi
- Vergi orqanları ilə yazışmalar, yaranmış uyğunsuzluqları aradan qaldırmaq, kameral məktubların cavablandırılması
- Vahid muzdlu bəyannamə hesabatının hazırlanması və göndərilməsi
- Bütün növ statistika hesabatlarının hazırlanması və aidiyyatı quruma göndərilməsi
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi, bank qalıqlarına gündəlik nəzarət
- Kassa əməliyyatların icrasına nəzarət, kassa qalıqlarının gündəlik yoxlanışı
- Bütün xərc maddələrinə nəzarət etmək, onların təyinatı üzrə təsnifatlaşdırmaq
- Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması;
- İşçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
- Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi;
- Şirkətin daxili və xarici bank köçürmələrinin icrası;
- Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması;
- Online kargüzarlıq və e-qaimə portallarında işlərin görülməsi;
- Vergilər Nazirliyi, DSMF və s. dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsi;
- Hesablarda mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsinin həyata keçirilməsi, bu barədə birbaşa rəhbərinə məlumat və hesabat verilməsi.
Tələblər:
- Təhsil: Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- İş təcrübəsi: Bu sahə üzrə 2 ildən çox iş təcrübəsi;
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər;
- MS Office (güclü səviyyədə Excel) bilikləri;
- Beynəlxalq daşıma və ya gömrük sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə üzrə aparıcı mütəxəssis” qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...