Qısa məzmun
AZDIZAYN GROUP Maliyyə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Maliyyə, mühasibatlıq sahəsində 3 il iş təcrübəsi;
- Azərbaycan dilində şifahi və yazılı sərbəst ünsiyyət bacarığı (Rus dili üstünlükdür)
- İdarəeətmə bacarığı
- Diqqətcillik
- Hesablama qabiliyyəti
- Analitik düşünmə qabiliyyəti
- Hesabatlılıq
- Vaxtın idarə edilməsi
- Məsuliyyətlilik
- Kompüter bilikləri (MS Office, Micro)
İş haqqında məlumat:
- Şirkətin maliyyə fəaliyyətinin düzgün qurulması və Maliyyə şöbəsinin inkişafı üçün təkliflər verilməsi
- Maliyyə şöbəsi əməkdaşlarının işlərinə dəstək göstərilməsi və onların düzgün şəkildə yönləndirilməsi
- Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə planlarının tərtib edilməsi
- Şirkətdə həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələrin tərtib edilməsi
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
- Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil və nəzarət edilməsi;
- Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlanmasının həyata keçirilməsinin təşkil edilməsi;
- Мaliyyə aktivlərinin idarə olunması, büdcə planlaşdırılmasının təmin edilməsi
- Şirkətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı və еffеktivliyinin yaxşılaşdırılması
- Aylıq,gündəlik hesabatların hazırlanması və rəhbərliyə bildirilməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Korporativ nömrə
- Əmək haqqı razılaşma yolu ilə.
Vakansiyaya müraciət üçün CV-ləri “Maliyyə üzrə mütəxəssis” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...