Qısa məzmun
METAK Maliyyə üzrə mütəxəssis/kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- İllik büdcənin hazırlanmasında, habelə statistik/reqressiv təhlil metodlarından istifadə etməklə satış, xərc və investisiya planlarının hazırlanmasında iştirak etmək, aylıq büdcənin faktiki nəticələr ilə müqayisəli təhlilini aparmaq;
- İstehsal həcmləri və xərclərini daimi təhlil etmək, səmərəlilik göstəricilərinə nəzarət etmək və istehsal hesabatlarını hazırlamaq;
- Məsul istehsal mərkəzləri üzrə məhsulların maya dəyərini daimi hesablamaq, gəlirlik səviyyəsinin müəyyən edilmiş hədəflərdən yayınmasının səbəblərini araşdırmaq, müvafiq analitik hesabatlar hazırlamaq, məhsulun qiymət müəyyən edilməsi prosesində iştirak etmək;
- Müxtəlif maliyyə alətlərindən istifadə etməklə (NPV, İRR, Payback), investisiya layihələrinin qiymətləndirilməsində iştirak etmək.
Tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
- 1-2 il iş təcrübəsi;
- Microsoft Office (xüsusilə Excel) proqramlarında işləmə bacarığı;
- Xarici dil biliyi: Rus və İngilis dilləri-yaxşı səviyyədə;
- Əldə olunan məlumatların qorunması və saxlanılması;
- Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
- Komanda üzvü olaraq effektiv ünsiyyət qurmaq bacarığı.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq 26.09.2022– ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...