Maliyyə və satınalmalar üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maliyyə və satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Səhiyyə Nazirliyi Əsas Resipiyent (ƏR), Ədliyyə Nazirliyinin (ƏN) Tibb baş idarəsi (TBİ) Sub-resipiyent olduğu, Qlobal Fondun maliyyə dəstəyi ilə Penitensiar müəssisələrdə icra edilən “Azərbaycan Respublikasında yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi”  Layihəsinin İcra Qrupunun (LİQ) maliyyə və satınalmalar üzrə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Layihənin icra müddəti: 30.06.2024-ci ilə qədər, sonradan uzadılmaq perspektivi ilə.

Maliyyə və satınalmalar üzrə mütəxəssisin vəzifə öhdəlikləri:

  • Layihədə müəyyən olunan fəaliyyətlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, QF normativ sənədlərinə, təlimatlarına və qərarlarına, Əsas Resipiyentin (ƏR) tələbinə və TBİ göstərişlərinə müvafiq vaxtı-vaxtında icrasını təmin etmək
  • Öz fəaliyyətlərini PM iş spesifikasına müvafiq qurmaq, onunla ziddiyyət yaratmamaq və ümumi yekun nəticəyə yönəltmək
  • Tender sənədlərinin hazırlanması və müzakirə olunması, həmçinin, bütün maliyyə aspektlərinin analizi və qiymətləndirilməsində bilavasitə iştirak etmək (ödəmə mexanizmləri, büdcə, vaxt cədvəlləri, mədaxil və s.)
  • Layihənin icra olunmasına dair rüblük, yarımillik, illik və digər maliyyə hesabatların ƏR-ə təqdim edilməsini təmin etmək
  • ƏR, QF və ƏN TBİ maliyyə nizamnamələrinə əməl olunmanı təmin etmək
  • Hesabat prosesindəki problemləri aşkarlamaq və onları aradan qaldırmaq
  • Mühasibat praktikasında ümumi qəbul olunmuş maliyyə xərclərinin qeydiyyatı sistemini aparmaq; bütün mühasibat/ ƏR, QF mütəxəssisləri və xarici auditorları üçün maliyyə sənədlərini hazırlamaq
  • Büdcənin və xərclərin müqayisəsini aparmaq, aşkar olunmuş uyğunsuzluqların analizinə dair aylıq, rüblük və yarımillik hesabatları hazırlamaq
  • Malların/xidmətlərin icraçı tərəflərə çatdırılması/mübadiləsi prosesinin şəffaf, effektiv, vaxtı-vaxtında aparılmasını təmin etmək
  • Tender sənədlərini hazırlamaq və bu sənədlərin tenderdə iştirak etmək istəyən şəxslərə təqdim etmək
  • Tenderdə iştirak etmək istəyənlərin  təkliflərini (təkliflərin vaxtı-vaxtında alınması, əlavə məlumatların tələb olunması və s.) Tender Komissiyasının iclasları üçün hazırlamaq və tenderdə iştirak edənlərlə əlaqə saxlamaq
  • Bütün tərəfdaşlarla lazımi əməkdaşlıq qurmaq

Korporativ bacarıqlar:

  • Maliyyə və satınalmalar üzrə mütəxəssis layihəyə bağlılığını, bilik mübadiləsi aparmaq cəhdlərini və müxtəlif insanlara qarşı loyal münasibət nümayiş etdirməlidir
  • PM kimi spesifik və gərgin şəraitdə işləməyi bacarmalıdır

Əsas bacarıqlar və təcrübə:

  • Maliyyə sahəsində bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlük hesab edilir)
  • Maliyyə, iqtisadiyyat, ticarət, idarəetmə və digər müvafiq sahədə ali təhsil arzuolunandır
  • İqtisadıyyat və/və ya Mühasibat sahəsində iş təcrübəsi
  • Satınalma sahəsində iş təcrübəsi
  • Səhiyyə layihələrində iş təcrübəsi üstünlük hesab edilir
  • Iri büdcəli layihələrdə iş təcrübəsi
  • Azərbaycan, Rus və İngilis dillərini sərbəst yazmaq və danışmaq bacarığı
  • Ofis proqramlarında mükəmməl işləmək bacarığı

Namizədin CV-si göndərilməlidir. Müraciətlər 31.10.2022 tarixində 18.00-a qədər qəbul ediləcək. Müsahibə üçün seçilmiş namizədlər elektron məktubla və telefon əlaqəsi yaradılmaqla məlumatlandırılacaq.

Oxşar vakansiya siyahısı:

Satınalma üzrə Mütəxəssis

Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...

Mətanət A

18.02.2025 - Bakı

Tender üzrə mütəxəssis

Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Barkod Electronics

13.02.2025 - Bakı

Satınalma üzrə təcrübəçi

Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Başak Group

12.02.2025 - Bakı

1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssis

Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Başak Group

12.02.2025 - Bakı

500₼
Anbarda toplayıcı

Logist LLC Anbarda toplayıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Logist LLC

05.02.2025 - Bakı