Qısa məzmun
Ə/h 1700 AZN. AIR Group Maliyyə şöbəsinin Baş mühasibi vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət qurma bacarığı olmalıdır.
Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: (iqtisadi, maliyyə, mühasibatlıq və oxşar fakultə)
- Təcrübə: minimum 5 il;
- Yaş: 30-45
- Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi)
- Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C
İş barədə məlumat:
- Maliyyə şöbəsinin (baş mühasib,mühasib, xəzinədarlar və s.) məqsədlərinin planlaşdırmasının təşkili, nəzarəti və mühasibat, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;
- Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi;
- Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi;
- Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi;
- Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələndirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi;
- Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi;
- Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlanması; (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
- Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi;
- Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi;
- Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasının həyata keçirilməsi; – Cəmiyyət adından ödəmə aparılarkən köçürmə ərizələrini, ödəmə sifarişlərini və digər sənədləri düzgün hazırlanması; – Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməli; – Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması;
- Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması;
- Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi; – Aylıq əmək haqqı hesablamalarının həyata keçirilməsi;
- Tədarükçülərin və podratçıların hesablarının ödənilməsininin təmin edilməsi;
- Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi;
- Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılmasına rəhbərlik və nəzarət;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi; – 1.C proqraminda avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi prosesinə rəhbərlik edilməsi;
Vəzifəyə tələblər:
- Maliyyə nəzarətin prinsiplərini bilməli;
- Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli;
- Vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını bilməli;
- Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklərin olması;
- Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi üzrə biliklərin olması;
- Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyətinin olması;
- ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə təcrübəsinin olması;
Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurma bacarığı olmalı; – Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı; – Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, – Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- Microsoft Office proqramlarını mükəmməl bilməli;
Əlavə məlumatlar:
- Əmək haqqı – 1700 AZN + BONUS (sistem qurulduqdan sonra)
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində “Maliyyə şöbəsinin Baş mühasibi” yazmaqla hr@airgroup.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...