Qısa məzmun
Ekvita LLC Manager/Senior Specialist vəzifəsi üzrə vakansiya elan edir. Müstəqil qərar qəbul etmək bacarığı və təcrübəsi olmalıdır.
Vakansiya: Strateji və Korporativ idarəetmə üzrə Menecer / Baş mütəxəssis
Tələblər, vəzifə və öhdəliklər:
- • Əsasən dövlət sektorunda strateji inkişaf və təşkilati yenidənqurma, institusional potensialın artırılması üzrə geniş bilik və təcrübəyə sahib olmaq;
• Korporativ idarəetmə standartları daxil olmaqla, təşkilati təlimat və qaydaların hazırlanması və həyata keçirilməsi, daxili strukturlar arasında bölmədaxili əlaqələrin inkişafı üzrə geniş təcrübə;
• Yeni strategiya, missiya, vizyonun inkişafı və bütün institusional struktur və əməliyyatların yenidən təşkili;
• Əmək və korporativ hüquqa dair müxtəlif məsələləri təhlil etmək, müvafiq prosedurları araşdırmaq və uyğun praktiki həll yolları təklif etmək;
• Müştəri sənədlərinin hüquqi siyasət və prosedurlar baxımından uyğunluğunu yoxlamaq;
• Müvafiq məsələlər və praktiki sahələr üzrə sənədləri ilkin versiyada hazırlamaq, yoxlamaq, danışıqlar aparmaq və yekunlaşdırmaq.
Tələb olunan keyfiyyətlər və təcrübə:
- Bakalavr təhsili vacibdir.
- Magistr təhsilinin olması üstünlükdür. İdeal namizədin xarici universitetlərdən magistr dərəcəsi ola bilər
- Hüquq üzrə təhsili və/və ya təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
- Dövlət sektorunda 5-7 il, publik hüquqi şəxslərdə ən azı 2 illik iş təcrübəsi və ya alternativ olaraq müxtəlif fəaliyyət profilli şirkətdə 5-7 illik korporativ idarəetmə üzrə təcrübə (ideal namizədin korporativ və ya İR üzrə 5-7 illik iş təcrübəsi olmalıdır).
Analitik bacarıq:
- Güclü analitik bacarıqlar; istənilən əməliyyat zamanı hüquqi məsələləri və riskləri müəyyən etmək bacarığı;
- Müstəqil qərar qəbul etmək bacarığı və təcrübəsi;
- Müstəqil və ya minimum nəzarət ilə hərtərəfli tədqiqat aparmaq bacarığı.
Ünsiyyət bacarığı:
- Effektiv dinləyici – diqqətlə dinləmək və verilən bütün təlimatları anlamaq bacarığı;
- Mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları – fikri qısa, açıq və ardıcıl ifadə etmək bacarığı.
Əsas bacarıq və səriştələr:
- Düzgün davranış qaydalarına sahib, iddialı, lakin real gözləntiləri olan şəxs;
- Yüksək etik və peşəkar standartlar;
- Gərgin son təslim tarixlərinin öhdəsindən gəlmək və zərurət olduqda çox çalışmaq bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (yazılı və şifahi); ingilis və rus dili biliyinin olması üstünlükdür;
- Kompüterlə effektiv işləmə bacarığı;
- Nəzarət olmadan işi planlaşdırmaq və təşkil etmək bacarığı;
- Komanda ilə işləmək bacarığına sahib, əməkdaşlarına hörmət etməli və onları dəstəkləməli;
- Minimum nəzarət vasitəsilə müştərilərlə birbaşa işləmək bacarığı.
Əmək haqqı və töhfələr:
- Stabil, etibarlı, stressiz və səmimi iş mühiti;
- Ölkəmizdə və xaricdə təhsil imkanları;
- Uyğun namizədə bacarıq və təcrübə əsasında rəqabətə davamlı əmək haqqı təklif ediləcək.
Maraqlanan namizədlər öz cv-lərini hr@ekvita.com ünvanına göndərə bilərlər.
Yalnız mövzu hissəsində vakansiyanın adını (Starteji və korporativ idarəetmə üzrə menecer / baş mütəxəssis) qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...