Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MSDIS Holding Manipulyator sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.
MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.
Vəzifə öhdəlikləri:
- Yol hərəkəti və texniki istismar qaydalarına riayət edilməsi;
- Manipulyatordan həm qapalı, həm də açıq məkanda effektiv istifadə bacarığı
- İşə başlanmazdan əvvəl yol vərəqəsinin tamlığının və düzgünlüyünün nəzərdən keçirilməsi və yalnız tam və düzgün olan yol vərəqələri ilə qarajdan çıxılması;
- İşə başlanmazdan əvvəl maşınının texniki vəziyyətinin nəzərdən keçirilməsi;
- Zavoda qayıtdıqda avtomobili ona aid edilmiş yerdə saxlanılması və istismar vaxtı yaranan nasazlığın aradan qaldırılması;
- Avtomobilinin gündəlik baxışdan keçirilməsi və onların texniki baxışa hazırlanması;
- Avtomobilinin yüklənmə və yükboşaltma yerlərinə düzgün verilməsi qaydalarına riayət edilməsi;
- Avtomobilinin yanacaqla və lazımi ehtiyat hissələri ilə təmin edilməsinin tələb edilməsi;
- Avtomobilini və qarajın təmiz saxlanılması;
- Avtomobilinin saz vəziyyətdə qalmasının təmin edilməsi;
- Hər iş günü işə başlanmazdan əvvəl tibbi müayinədən keçilməsi;
- Danışıq və etika qaydalarına riayət edilməsi;
Tələblər:
- Kran sürmək üçün icazə lisenziyası
- Sürücülük vəsiqəsi (BC)
- Minimum 2 il kran istifadə təcrübəsi
İş şəraiti:
- iş qrafiki: 6 günlük iş həftəsi
- əmək haqqı: müsahibə əsasında təyin olunur
- AR ƏM əsasən işə qəbul
- Nahar verilir
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Manipulyator sürücüsü” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Giləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...