Rəqəmsal Marketinq üzrə Ödənişli Təcrübə Proqramı (Part time)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

DEFSCOPE LLC Rəqəmsal Marketinq üzrə Ödənişli Təcrübə Proqramı (Part time) vəzifəsi üzrə vakansiya elan edir.

Şirkətimiz haqqında:

  • “DEFSCOPE” MMC yerli və xarici bazardaki müştərilərə kiber təhlükəsizlik xidmətləri təklif edir. Biz, əsasən, Kanada, Avropa, ABŞ və Azərbaycanda yerləşən müştərilərimizə kiber təhlükəsizlik üzrə konsaltinq, təlim və peşəkar xidmətlər göstəririk. Komandamız çalışqan, öyrənməyə açıq və mövcud bilik və təcrübəsi ilə bizi qlobal bazarda təmsil etməyə qadir üzvlərdən təşkil olunmuşdur.

Biz təklif edirik:

  • 3-6 aylıq ödənişli təcrübə proqramı
  • Peşəkar kimi yetişmənizi təmin edəcək təcrübələr qazanmaq imkanı
  • Yaxşı təşkil olunmuş iş mühiti
  • Rəqəmsal Marketinq üzrə tam ixtisaslaşma imkanı
  • Davamlı öyrənmə və şəxsi inkişafa dəstək
  • Kommunikasiya, dil biliklərini inkişaf etdirmə imkanı

Vəzifə öhdəlikləri:

  • Rəqəmsal marketinq strategiyalarının qurulmasına dəstək
  • Google Ads, Google Analytics, Ads Manager kimi platformlarda strategiyaların qurulmasına dəstək
  • SEO da daxil olmaqla rəqəmsal marketinqlə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
  • Sosial media hesabları və platformaları (Facebook, İnstagram, LinkedIn, YouTube və s.) ilə işləmək
  • Gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasına kömək etmək
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn sorğuları cavablandırmaq

Kvalifikasiyalar:

  • Google Analytics, Google Ads bilikləri
  • SEO bilikləri
  • Sosial media marketinq (Instagram, Facebook, Linkedin, YouTube, və s.) təcrübəsi
  • İngilis dili (minimum Upper İntermediate)
  • Analitik düşünmə qabiliyyəti
  • Məsulliyyətli, səbrli, diqqətli və dürüst
  • Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq
  • Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənmək,subordinasiya və etika qaydalarına riayət etmək.

İş şəraiti:

  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq.
  • İş vaxtı: Bazar ertəsi-Cümə, 09:00-13:00 və ya 14:00-18:00
  • Korporativ nömrə

Müraciət:

Vakansiyaya müraciət etmək üçün, öz CV-nizi (Portfolio və Müşayiət məktubu üstünlükdür) 23.10.2021 tarixinədək mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Təcrübəçi” yazmaqla careers@defscope.com ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Marketing manager

İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

21.01.2025 - Bakı

800 — 1001 ₼
Videoqraf

AzeriMed LLC Videoqraf vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

15.01.2025 - Bakı