Qısa məzmun
Ə/h 1000 AZN + Bonus. Aqrar İnnovasiya və Təchizat Şirkəti Marketing üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Şirkət veb səhifəsi və sosial şəbəkələri daxil olmaqla marketinq strategiyalarının yaradılması;
- Marketing üçün proqramın hazırlanması və tətbiqi üzrə satış komandası ilə sıx əməkdaşlıq edilməsi;
- Keçirilmiş proqramların səmərəliliyini müəyyən etmək üçün məlumatların təhlil edilməsi;
- Marketinq planlarını, kompaniya nəticələrini və layihə tövsiyələrini inkişaf etdirmək və şirkətin rəhbərliyinə hesabat verilməsi;
- Nəşriyyat materiallarının (vizit kartları, firma blankları, dəvətnamələrin ) hazırlanması
- Tədbirlərin ( sərgi, təqdimat, reklam aksiyaları) təşkilində iştirak
- Mövcud və gələcək məhsullara qarşı daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi;
- Müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət (sosial şəbəkələrdə, telefonla zənglər, anket-sualçıda olan şikayətlər)
Namizədə tələblər:
- Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq;
- Azərbaycan və Rus dillərindən birini bilmək;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, kreativ və yaradıcı qabiliyyətlərə sahib olmaq;
Əmək haqqı: +1000AZN. (namizədə görə dəyişəcək)
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Marketing üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi hr@aisco.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...