Qısa məzmun
Ə/h 600-800 AZN. BETTA MMC Marketing və inzibatı işlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dili, Rus dili və İngilis dili tələb olunur.
Vəzifə öhdəlikləri:
- Telefon, email və şəxsən danışıqları aparmalı və müzakirə etməli.
- Görüşlər, iclaslar və iş səyahətləri daxil olmaqla, Baş Direktor üçün təqvim tərtib etməli və lazımi şəkildə yönləndirməli.
- Müştərilərlə mütəmadi əlaqələr saxlanılması, feedback-lərin alınması və araşdırılması
- Şirkətin biznes planının inkişafında yaxından iştirak etmək
- Baş Direktor adına bütün zəruri tələblər (görüş yeri, lazımi avadanlıqlar, təqdimatlar və gündəm hazırlanması və s.) təmin edilməklə, daxili və xarici görüşlərin təşkil olunmasına cavabdeh olmalı.
- Baş Direktora və Biznes İnkişafı üzrə Menecerə inzibati dəstək.
- Baş Direktor üçün uçuşlar, viza, otel yerləşdirilməsi, səyahət xərcləri daxil olmaqla, görüş planlarının təşkil edilməsinə cavabdeh olmalı.
- Baş Direktor tərəfindən tələb olunduqda, iclas gündəliyinin tərtib edilməsi, görüşlərin zamanı haqqında məlumatlandırma, iclas protokollarının yazılması, görüş məkanlarının təsdiqi və s. daxil olmaqla, katibəlik dəstəyi göstərməli.
- İclasdan sonra protokolları və tapşırıqları yazmalı və bütün iştirakçılara paylamalı.
- Baş Direktor tərəfindən və Biznes İnkişafı üzrə Menecer tərəfindən tələb olunduğu zaman təqdimatlar tərtib etməli və yazmalı.
- Yeni müştərilər üçün ətraflı prezentasiyalar hazırlanmalı.
- Şirkətin İnternet səhifəsinin işlək olması və yenilməsinə nəzarət edilməli
- SMM fəaliyyətində Biznes İnkişafı Menecerinə daimi dəstək verilməsi və yenilənmiş məlumatların yerləşdirilməsi
- Şirkətin daxili nizam – intizam qaydalarına ciddi riayət etməli, işə davamiyyəti dəqiq olmalı.
- Geyimi səliqəli ofis stilində olmalı.
Tələblər:
- Bakalavr: İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Menecment, Maliyyə və Mühasibatlıq üzrə təhsil
- İş təcrübəsi sahə üzrə minimum bir il
- Dil biliklər: Azərbaycan dili, Rus dili və İngilis dili
- Kompyuter bacarıqları: Word, Excel, Power Point bilməsi vacibdir
- Marketinqin əsaslarını bilməli
- Mükəmməl prezentasiya bacarığı və prezentasiya vasitələrindən professional istifadə.
- Komanda ilə işləmək bacarığı
Analiz bacarığı
İş şərtləri:
- İş rejimi: 5 günlük (09:00-18:00)
- Əmək haqqı: 600 -800 AZN (müvafiq vergilər çıxılmaqla)
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
Yuxarıdakı tələblərə cavab verən və müvafiq sahədə tövsiyyə məktubları olan namizədlər CV-lərini və tövsiyyə məktublarını cv@betta.az elektron ünvanına və ya baş ofisə (Bakı, Bəşir Səfəroğlu küç., 133) təqdim edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...