Qısa məzmun
Bizim Market Marketing departamentinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/kx0b42or
Vəzifə öhdəlikləri:
- Marketinq, reklam və stimullaşdırma tədbirlərinin idarə olunması;
- Alıcıların tədqiqi, bazarın araşdırılması və analizi;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyən edilməsi;
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin hazırlanması və həyata keçirilməsi;
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Qiymət strategiyasının hazırlanması;
- Kütləvi informasiya və reklam vasitələri ilə əməkdaşlıq;
- Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət;
- Reklamların sifariş olunmasına və hazırlanmasına nəzarət;
- Məhsul və xidmətlərin inkişafına nəzarət;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi;
- Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkili;
- Rəhbərin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
- Rəhbərlik etdiyi işçilərin işinə nəzarət, onlardan verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
- Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
- Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.
İş şəraiti:
- İş vaxtı: I-V günlər, 09:00-18:00
- Nahar yeməyi təmin edilir
- Korporativ nömrə verilir
- Əmək haqqı namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən edilir.
Tələblər:
- Ali təhsil;
- Marketinq sahəsində ən azı 3 il təcrübə, ondan ən azı 1 il həmin sahədə rəhbər vəzifəsində;
- Azərbaycan dili zəruridir, rus və ingilis dillərini bilməsi arzuolunandır;
- Word və Excel proqramlarını, o cümələdə photoshop və dizayn proqramlarını bilməli;
- Analitik və kreativ düşünmə tərzi;
- Təqdim etmə bacarığı;
- Sosial media işlərinin həyata keçirilməsi və təşkili üzrə təcrübə;
- Foto və video çəkilişlərin təşkili və idarə olunması bacarığı;
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
- Google ads üzrə işləmə bacarığı;
- Reklamların və görülən işlərin analiz etmə bacarığı.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...