Qısa məzmun
Ə/h 1000-3000 AZN. Delüks-Kamin MMC Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan, rus dillərini bilməlidir.
İş barədə məlumat:
- Marketinq planlarının hazırlanması, marketinq komandasının yaradılması, marketinq ssenarilərinin qurulması və elan edilməsi, həyata keçirilməsi, inkişafı, koordinasiyası və idarə olunması
- İstehsalat və satış şöbələri tərəfindən görülən işləri izləyərək siyasət və təcrübələrin yenilənməsi
- Marketinq kadrlarının hazırlanması, şirkətin ümumi siyasətinə uyğun olaraq marketinq təcrübələrini həyata keçirmək üçün tələb olunan bütün plan və proqramların hazırlanması, icrası və nəzarəti
- Satış və istehsal şöbəsi işçilərinin müəyyən olunmuş hədəflərə çatması üçün koordinasiyalı bütün lazımi əməliyyatların aparılması
- Satış öncəsi dizayn, satış sonrası montaj və çatdırılma üçün texniki şöbə, satış başa çatdıqdan sonra, satış şöbəsi ilə koordinasiyalı olaraq müştəri məmnuniyyətini ən yüksək səviyyədə tutmaq üçün işlər aparmaq
- Digər müvafiq şöbələrlə marketinq və satış təhlili apararaq rəqiblər və məhsullar barədə hesabatlar hazırlayaraq şirkətin strategiyalarında lazımi düzəlişlərin edilməsi
- Məhsullarımızın qiymət tendensiyası, stok vəziyyəti, satılacaq malların tədarükü və tədarük müddətləri ilə bağlı satış, lojistik-mühasibat və istehsal şöbələri ilə əlaqəli şəkildə işləmək
- Marketinq inkişafının davamlı təhlili
- Şirkət tərəfindən təqdim olunan mövcud və yeni məhsul və xidmətlərin reklamının təşkili
- Yerli və xarici satış kanallarının (İnternet, veb portallar vasitəsilə) müəyyənləşdirilməsi, həmçinin müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanması və həyata keçirilməsi
- Müştəri bazasını genişləndirmək və əhatə dairəsini yaxşılaşdırmaq üçün PR və reklam layihələrinin inkişafı
- Şirkət strategiyası çərçivəsində bazar şərtlərinə və müştəri ehtiyaclarına uyğun yeni məhsul və xidmətlər üçün təklif hazırlamaq
- İstifadə olunan saytların səmərəliliyini artırmaq
- Şirkətin mövcud marketinq kampaniyalarını davamlı izləmək və inkişaf barədə rəhbərliyi məlumatlandırmaq
- şirkətin məhsul və xidmətlərinin rəqabət qabiliyyətini qiymətləndirmək
Müraciət üçün;
b) – CV-nizi hr@deluxekamin.com adresinə elektron poçtla göndərməyinizi xahiş edirik.
Namizədə tələblər:
- İqtisadiyyat fakültəsindən məzun olmalı
- Türkiyədə və ya Avropada təhsil alanlara üstünlük verilir
- Marketinq sahəsində rəhbər vəzifələrdə ən azı 5 illik təcrübəyə sahib olmalı
- Yerli / beynəlxalq satış və marketinq sahəsində təcrübəli, müştəri və regional ziyarətlərdə olmalı
- İngilis, rus və türk dillərində danışıqlar və görüşlər keçirmək və hesabat vermək üçün kifayət qədər səlist danışmalı
- Marketinq texnikalarını və tətbiqetmələrini yaxşı bilməli
- Analitik düşüncə, güclü vaxt idarəetməsi və planlaşdırma bacarığı olmalı
- Marketinq qrupu qura və komandanı idarə edə bilməli
- Müştəri məmnuniyyətinə üstünlük verməli
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...