Qısa məzmun
Ə/h 800-900 AZN. Royal Foods LtdMarketing meneceri vəzifəsi üzrə vakansiya elan edir. Facebook, Instagram üzrə istifadəçi təcrübəsi olmalıdır.
İş barədə məlumat:
- İş qrafiki: 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və Bazar
- Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi
- Qiymət strategiyasının işlənib hazırlanması
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması
- Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi
- Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi
- Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
- Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi
- Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi
- Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması
Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün - tapşırıqlar verilməsi
- Rəhbərlik etdiyi işçilərin işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi
- Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi
- Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi
Namizədə tələblər:
- Sosial media sahəsində biliklər, ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl və rus dillərini yaxşı səviyyədə bilmək
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı
- Adobe PhotoShop, Corel Draw programlarında yüksək işləmə bacarığı
- Şirkət üçün bannerlərin, broşurlarin, kataloqlarin hazirlanmasi, qrafik dizayn sahəsində biliklər
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və soruğuları cavablandırmaq
- Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq
- Bütün SMM kanallarına nəzarət etmək
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik
- Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı
- Eyni vaxtda bir neçə işi məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı
- Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti
- Facebook, Instagram üzrə istifadəçi təcrübəsi
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...