Qısa məzmun
Ə/h 1300 AZN. Allstar MMC Marketing və satış departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir. Yüksək dərəcədə məsuliyyətli və etibarlı olmalıdır.
İş barədə məlumat:
- Marketınq və satış departamentinin direktoru, Satış və Marketinq şöbəsinin strategiyasına və gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir
- Bu vəzifədə o, həm də yerli bazarda satış, marketinq,müştərilər ilə əlaqələr, layihələrin əldə edilməsi,idarəedilməsi və satış strategiyasının planlaşdırılmasına və tətbiqinə cavabdehdir
- Satış və Marketinq şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək
- Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq
- Tabeliyində olan işçilərin işini təşkil etmək, digər şöbələr ilə işlərini qarşılıqlı əlaqələndimək
- Şirkətin bütün satış və marketinq təşəbbüslərini istiqamətləndirmək
- Potensial müştəriləri ilə Satış kontraktların bağlanmasını təmin etmək
- Ardıcıl surətdə müştərilərə peşəkar, dostyana və cəlbedici xidmət təklif etmək
- Satış menecerləri tərəfindən görülən işlər barədə gündəlik hesabatlar almaq
- Satış nöqtələrinin işini təşkil edərək, işlərin icrasına nəzarət etmək.(Sərgi salonun işini mütamadi nəzarətdə saxlamaq)
- Servis Mərkəzinin işini təşkil edərək, işlərin icrasına nəzarət etmək
- Məhsulların satışının irəliləməsi məqsədilə, departamentin işini təşkil edərək, şirkətin veb saytında, sosial şəbəkələrdə, diller şəbəkəsində, B2B satış üsulu və həmçinin satış nöqtələrində məhsulların tanıtımını təmin olunmasına nəzarət etmək
- Dövlət satınalma portalında elan edilmiş tenderlər üzrə işlərə nəzarət etmək, və zəruri halda şirkətin fəaliyyət dairəsinə uyğun olan tenderdə iştirakını təmin etmək
- Müştəri bazasında görülən işlərə nəzarət etmək
- Rübdə bir dəfə marketinq analizlərini tərtib etmək
- Zəruri hallarda müştərilərlə görüşlər keçirərək, işgüzar danışıqlar aparmaq
kommersiya layihələrini hazırlayıb, təstiqləmək - İş qrafiki: 09:30-dan 18:30-dək
Namizədə tələblər:
- Satış və marketinq sahəsində rəhbər vəzifədə iş təcrübəsi olmaq
- İngilis (yazılı və şifahi), Azərbaycan, Rus dillərini bilmək bacarığı
- Microsoft Windows proqramları (Word,Excell) müvafiq kompüter proqramları ilə işləmək bacarığına sahib olmaq.Outllook
- Ali təhsil (universitet və ya kollec) diplomu olmaq
- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq
- Fərdi söhbət və problemi həlletmə bacarıqlarına malik olmaq
- Yüksək dərəcədə məsuliyyətli və etibarlı olmaq
- Əsas diqqətini müştərilərin və departament işçilərinin ehtiyaclarına yönəltmək, bütün vaxtlarda təmkinli və nəzakətli olmaq
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...