Qısa məzmun
Ə/h 100-300 AZN. OKmedia Marketing və satış üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət bacarıqları olmalıdır.
İş barədə məlumat:
- “Okmedia” şirkəti satış və marketinq sahəsində karyera qurmaq istəyən gənclər üçün təqaüdlü Yay təcrübə proqramını elan edir. Proqramı uğurla bitirdikdən sonra staff olaraq qəbul olunma şansı vardır. 3 aylıq təcrübə proqramında bütün proses öyrədilir:
- Bazar araşdırmasının aparılması
- Ehtiyaclı müştəri təyini
- Cari müştərilərə çarpaz satış (Cross sales)
- Satışda psixologiya taktikalarından istifadə
- DATA analitikasından istifadə
- Potensial müştəri ilə email, linkedin, telefonla ilkin əlaqənin qurulması
- İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak
- Müştəri məmnuniyyəti və etiket qaydalarından istifadə
İş şəraiti:
- Koroğlu m. yaxınlığında şəraitli ofis
- İş saatları: 11:00-dan 19:00-dək (həftədə 6 gün)
- Gənc, kreativ komanda
- Aylıq təqaüd + satışdan bonus + motivasiya ödənişləri
Namizədə tələblər:
- Yalnız xanım namizədlər
- Marketinq və satış sahəsinə böyük maraq
- Özgüvən, arxayınlıq
- Zəngin söz bazası və yüksək IQ
- Yüksək ünsiyyət bacarıqları
Müraciət üçün mütləq fotoşəkilli CV faylı və nəyə görə sizi seçməli olduğumuza dair iddianızı cv@okmedia.az ünvanına və ya whatsapp nömrəsinə göndərin
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...