Qısa məzmun
Ferrum Capital Marketinq bölməsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
- Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Strateji inkişaf departamentində Marketinq bölməsi üzrə rəhbər vakansiyasını elan edir.
- Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
- Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
- Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr təhsilinin olması
- Marketinq menecer vəzifəsində isə azı minimum 5 il iş təcrübəsinin olması
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması
- Online marketing vasitələri haqqında dərin bilik və bacarıqların olması (Google Ads, Facebook Ads Manager, Google Analytics, Programmatic Ads və s.)
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması
- Azərbaycan və rus dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması
Marketinq bölməsinin rəhbəri nə iş görür?
- Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi
- Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi
- Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
- Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
- Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
- Qiymət strategiyasının işlənib hazırlanması
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi
Əlavə məlumat:
- Bazar ertəsi – Cümə: 09:30 – 18:30
- Şənbə: 10:00 – 14:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Marketinq bölməsinin rəhbəri” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Mətanət A Şirkətlər Qrupu Xarici Bazarlar üzrə Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Kiçik Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Digital Marketinq üzrə Dizayner vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Digital marketinq üzrə texniki mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Brend menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Təlim və inkişaf şöbəsinin koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...