Marketinq Analitikası üzrə Mütəxəssis /Data Scientist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PASHA Bank Marketinq Analitikası üzrə Mütəxəssis /Data Scientist vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə haqqında:

Marketinq Analitikası Mütəxəssisi strateji metodlardan və müxtəlif məlumat hasilatından istifadə etməklə satışların artırılmasına, marketinq strategiyaların yönləndirilməsi və müştərilərin saxlanılmasına dəstək göstərmək üçün analitika üzrə cavabdehdir. Marketinq Analitikası Mütəxəssisi geniş analitik bacarıq və qabiliyyətlərdən istifadə edərək şirkətin fəaliyyətində mühüm rol oynayan layihələr üzərində işləyəcək.

Vəzifə öhdəlikləri:

  • Uğurlu şirkət təşəbbüslərinin həyata keçirilməsi üzrə tələbləri anlamaq üçün məlumatları təhlil etmək
  • Statistik metodlar və proqramlaşdırma dillərindən istifadə edərək iş problemlərini həll etmək
  • Müştəri məlumat sistemlərindən və ya digər məlumat mənbələrindən məlumatları əldə etmək və təhlil etmək
  • Potensial yeni müştərilərin cəlb edilməsi proqramlarını və çarpaz satış imkanlarını (cross-sell) proqnozlaşdırmaq üçün statistik modelləşdirmədən istifadə etmək
  • Müştəri profillərinin yaradılması, davranış təhlili və seqmentləşdirmə kimi metodologiyalardan istifadə edərək marketinq strategiyasının inkişafı, təsirinin qiymətləndirilməsi və işlənməsi kimi təşəbbüslərə dəstək vermək
  • Müştərinin cəlb edilməsi, saxlanılması, məhsulların istifadəsinin artırılması, çarpaz satış və seqmentləşdrimə üzrə aylıq hesabatları hazırlamaq
  • Proqnozlaşdırma modellərini tətbiq etməklə hədəflənmiş satış imkanlarının aşkar edilməsi və həyata keçirilməsi üçün, müştəri münasibətlərinin saxlanması və müştərinin cəlb edilməsi üzrə dəstəyin həyata keçirilməsi üçün CRM (Customer Relationship Management) və ya digər marketinq avtomatlaşdırılması vasitələrindən istifadə etmək
  • Satışların təşviqinin izlənməsində, inkişafında və marketinq təşəbbüslərinin səmərəliliyinin hesablanması və təhlilində marketinq və satış qrupuna kömək etmək
  • Göstəricilərn təhlili üçün davamlı və keyfiyyətli məlumatın təmin edilməsi üzrə standartlaşdırılmış daxili idarəetmə mexanizmlərinin inkişaf etdirilmək
  • Məlumatların hasılatı metodları, proqramlaşdırma və marketinqin avtomatlaşdırılması üzrə yenilikləri izləmək və onların tətbiqi üzrə təkliflər vermək
  • Müvafiq bazar məlumatlarını, rəqabəti, həmçinin müştəri davranışını təhlil etməklə marketinq kampaniyaların səmərəliliyi üzrə tövsiyyələr vermək

Tələblər:

  • Biznes, statistika, iqtisadiyyat, ekonometrika, marketinq üzrə bakalavr dərəcəsi və ya və ya müvafiq aidiyyatı olan sahədə təlim
  • Məlumatların hasilatı və təhlili, marketinq araşdırmaları və/və ya layihələrin idarə edilməsi sahəsində 2-5 il iş təcrübəsi
  • Marketinq avtomatlaşdırma vasitələri haqqında anlayış
  • Komandada işləmə bacarığı, yaxşı ünsiyyət bacarıqları
  • Müxtəlif marketinq fəaliyyəti, müştərilərin idarə edilməsi və biznes vahidləri üzrə məlumatların çıxarılması və təhlili daxil olmaqla qabaqcıl analitik və statistik modelləşdirmə bacarıqları
  • Şirkət daxili müştərilərə və müdriyyətə təqdimat və tövsiyyələri təqdim etmə bacarıqları
  • Böyük verilənlər bazalarının işlədilməsi üzrə təcrübə – Excel (pivot tables, VB scripting), Access, Business Objects, Tableau, və ya SQL
  • Eyni zamanda bir neçə layihəni idarə etmə qabiliyyəti

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 İyun 2020-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Marketing Analytics” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

500 — 601 ₼
SMM mütəxəssis

Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kepro Estetik Klinika

21.11.2024 - Bakı

Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)

Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Hava Yolları QSC

01.11.2024 - Bakı

1200 — 1500 ₼
Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı

1000₼
Sosial Media Mütəxəssisi

Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...

Ram Solutions MMC

28.10.2024 - Bakı