Qısa məzmun
Honours Academy Marketinq asistant vəzifəsi üzrə vakansiya elan edir. Copywriting bacarıqlarının olması vacibdir.
Namizədə tələblər:
- Marketinq və brendinq sahəsində təcrübə
- Yaş: 22-35
- İş təcrübəsi: minimum 1 il
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı səviyyədə), Rus dili (üstünlükdür)
- Yeni ideyaların və təkliflərin verilməsi
- “Copywriting” bacarıqlarının olması
- Təşəbbüskar və təşkilatçılıq qabiliyyətinin yüksək olması
- Marketinq planlarının yazılmasında iştirak etmək qabiliyyəti
- Deadline-larla işləyə bilmək və işində məsuliyyətlilik
- Marketinq şöbəsinin işlərində yaxından iştirak etmək
- Komanda ilə işləmək bacarığı
- İnandırmaq və razı salmaq qabiliyyəti yüksək
- Diqqətli və Operativ olması
- Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
İş barədə məlumat:
- Marketinq direktorun tapşırıqlarının vaxtında icrası
- Marketinq komandasının işlərində ehtiyac olan lazımi materialların hazırlanması
- Marketinq kampaniyalarının icrasında iştirak, ehtiyac olduğu təqdirdə təşkilatçılıq işlərinin görülməsi
- Sosial şəbəkə hesablarında paylaşılan kontentlərlə bağlı ideyaların verilməsi
- Marketinq komandasının işlərinin nəzarəti, işlərin vaxtında görülməsi və keyfiyyətinin plan üzrə getməsinin yoxlanılması
Əmək haqqı: 400-500 AZN (namizədin bacarıqlarına görə dəyişə bilər)
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Marketinq asistant” başlığı altında öz CV və peşəkar karyera məlumatlarını, həmçinin sosial şəbəkə hesablarını cv@honours.academy ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...