Qısa məzmun
Kontakt Home Marketinq Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l8so2lqf
Təsvir
Yeni açılan Kosmetika və Baxım mağazalar şəbəkəsində Marketinq Direktoru vakansiyası elan edilir.
- Ümumi marketinq strategiyasının qurulması, planlaşdırılması və həyata keçirilməsi;
- Mövcud strategiyanın idarə edilməsi;
- Komandanın idarə edilməsi və təlimləndirilməsi;
- Ən son texnologiya və ən yaxşı təcrübələrdən xəbərdar olmaq və innovativ həllər üzərində işlənilməsi;
- Fərqli marketinq kanallarının idarə və nəzarət edilməsi;
- ROI və KPI-ları ölçülməsi və ona əsasən qərarların verilməsi;
- Marketinq büdcəsinin idarə edilməsi;
- Rəqiblərin analizi, meyarlarının araşdırılmasi və inkişaf üçün təkliflərin verilməsi;
- Müştəri məmnuniyyətini artırmaq üçün məhsul, dizayn və satış direktorları ilə əlaqələrin qurulması;
- Hədəflərə çatmaq üçün marketinq komandasının motivasiya edilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Tələblər
- Ali təhsil;
- Marketinq Direktoru/Şöbə rəhbəri kimi ən azı 2 il təcrübə;
- Səlis Azərbaycan dili, Rus və İngilis dilləri biliyi orta səviyyədə;
- Kompüter bilikləri (MS Office);
- Marketinq strategiyalarının hazırlanmasında və həyata keçirilməsində 2 il təcrübə;
- Fərqli marketinq kanalları üzrə dərin biliklər;
- Tənqidi düşünmək və problem həll etmə bacarığı;
- Bütün mövcud marketinq kanallarının necə işlədiyini güclü şəkildə başa düşmək bacarığı;
- Mükəmməl analitik və layihə idarəetmə bacarığı;
- Güclü komanda rəhbərliyi, ünsiyyət (yazılı və şifahi) və vaxt idarəetmə bacarığı;
- Startup təcrübəsi arzu olunandır;
- Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır.
Oxşar vakansiya siyahısı:
Brand Manager
Experience: Minimum 3 years in retail or brand management Salary: Negotiable Contract Type: Official employment per the Labor Code of Azerbaijan About the Company: We are ...
SMM mütəxəssisi
GESCO SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...