Qısa məzmun
Enginet LLC Marketinq üzrə mütəxəsis vəzifəsi üzrə vakansiya elan edir. Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Öhdəliklər:
- İllik marketinq və PR planının hazırlanması prosesində iştirak;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ məhsul və xidmətlərinin reklam və PR fəaliyyətinin təşkilində iştirak;
- Marketinq tədqiqatlarının aparılması (bazar/rəqib/potensial müştəri və ərazi);
- Satışa dəstək ola biləcək marketinq məlumatlarının hazırlanması;
- Qoyulmuş hədəflər və görülmüş işlər barədə mütamadi hesabatlar hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
- Prezentasiyaların təşkil edilməsi;
- Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyalarının və tədbirlərinin koordinasiyası və həyata keçirilməsində iştirak, müvafiq şöbələr ilə işin aparılması;
- Daima yeni ideyalar təklif etmək;
- Vəzifə icrası ilə bağlı digər işlər.
Namizədə verilən tələblər:
- Ali təhsil (Marketinq sahəsində təhsil arzuolunandır);
- Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
- MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, rus dili. İngilis dili biliyi üstünlükdür.
- Komandada işləmə bacarığı, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı: müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.
İş yeri: Bakı şəhəri
Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Marketinq üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...