Qısa məzmun
Enginet LLC Marketinq üzrə mütəxəsis vəzifəsi üzrə vakansiya elan edir. Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- İllik marketinq və PR planının hazırlanmasında iştirak etmək;
- Müştərilərlə sıx və yüksək səviyyəli münasibətlərin qurulması;
- Marketinq araşdırmalarının aparılması (bazar/rəqib/potensil müştəri və ərazi);
- Məqsədli auditoriyanın xüsusiyyətlərinin araşdırılması, onların satınalma davranışlarının izlənməsi, yeni istehlakçı sinifin yaradılması istiqamətində təkliflərin hazırlanması;
- Satışa dəstək olabiləcək marketinq məlumatlarının hazırlanması;
- Təqdimatların təşkil edilməsi və aparılmasını təmin etmək;
- Marketinqə aid digər şirkətlərlə əlaqələrin yaradılması;
- Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyalarının və tədbirlərinin koordinasiyası və həyata keçirilməsində iştirak, müvafiq şöbə ilə işin aparılması;
- Daxili və xarici PR aktivliklərin keçirilməsi və reklam fəaliyyətinin təşkili;
Namizədə verilən tələblər:
- Ali təhsil (Müvafiq sahədə olması üstünlükdür)
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi
- Azərbaycan dili mükəmməl, rus dili yaxşı, ingilis dilli orta
- Təqdimetmə bacarığı, komandada işləmək bacarığı, yaradıcılıq, yeniliklərə açıq olma, təşəbbüskarlıq, müştəriyönümlülük;
- MS Office ( Word, excel, powerpoint) proqramlarını yüksək səviyyədə bilməli;
Əmək haqqı: Namizədin təcrübəsi və bilik-bacarığına müvafiq təyin ediləcək
İş qrafiki: 5 günlük iş qrafiki
Müraciət qaydası: CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Marketinq üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...