Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Facility Management Group Marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Marketinq kommunikasiyaları üzrə strategiya və taktiki tədbirlərin hazırlanmasında marketinq menecerinə dəstək göstərmək;
- Marketinq kommunikasiyaları ilə bağlı kampaniyaların uğurla həyata keçirilməsinə nəzarət etmək;
- Websaytlar, sosial media, “leads generation”, küçə reklamı və digər kommunikasiya kanallarının miksini layihələr üzrə tərtib etmək və əsaslandırmaq;
- Bütün kommunikasiyaların kontentinə nəzarət etmək və lazımi hallarda yaratmaq;
- Rəqiblərin kommunikasiyasını təhlil etmək;
- Şirkətin korporativ kommunikasiyası üzrə təkliflər vermək və ona nəzarət etmək;
- Agentliklər və digər tərəfdaşlarla görüşlər keçirmək, onların performansı haqqında məlumat toplamaq;
- Əmlak sektorunda əmlakın bazara yeridilməsi ilə bağlı ideyalar vermək;
- Layihələrin icrasında cari menecmenti həyata keçirmək.
Vəzifə üzrə tələb və bacarıqlar:
- Marketinq sahəsində 3 illik təcrübə ilə yanaşı inkişaf potensialını nümayiş etdirmək;
- Hədəf seqmentlərin identifikasiya və təhlil olunmasında, onlar üçün müvafiq kommunikasiya kanallarının seçilməsində təcrübəyə malik olmaq;
- Kommunikasiyalar üçün hədəfə yönəldilmiş kontentin seçilməsi qabiliyyətinə malik olmaq;
- Kommunikasiya smetalarını tərtib etmək;
- Yeni trendləri mütəmadi olaraq izləmək;
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
Xahiş olur CV-lərinizi Marketinq kommunikasiyaları üzrə mütəxəssis başlığı altında hr@fmg.az e-mail ünvanına yollayasınız
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...