Qısa məzmun
Sinteks Şirkətlər qrupuna hal hazırda Marketinq Generalist tələb olunur.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Marketinq Generalist tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Marketinq Generalistin rolu marketinq strategiyalarının hazırlanmasına, marketinq və marketinq kommunikasiya bölməsinin fəaliyyətinin planlaşdırmasına və icrasına dəstək verməkdir.
Vəzifə öhdəlikləri:
- Marketinq strategiya və media plan hazırlanması, bazar araşdırması və digər marketinq layihələrində iştirak edir və köməklik göstərir.
- Tədbirlərin təşkili, fotosessiya keçirilməsi, məhsul təlimləri və diqər marketinq fəaliyyətlərin hazırlanmasında köməklik göstərir.
Əsas tələblər:
Təhsil:
- Marketinq/Biznesin idarə edilməsi və ya hər hansı əlaqəli sahədə ali təhsil.
Təcrübə:
- Əlaqəli sahədə iş təcrübəsi və ya təcrübə proqramlarında iştirak.
Professional biliklər:
- Marketinq əsasları
- İngilis dili orta səviyyədə
- Moda üzrə anlayış
- MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- Komanda daxilində həmçinin müstəqil şəkildə səmərəli işləmək bacarığı.
- Nəticə yönümlülük
- Detal yönümlülük
- Effektiv yazılı və şifahi ünsiyyət bacarıqları.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq Generalist” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...