Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Karvan-L Marketinq üzrə mütəxəssis üzrə vakansiya elan edir. Düzgün yazılı və şifahi ünsiyyət qurmalıdır.
İş barədə məlumat:
- Şirkətin xidmət sahəsi haqqında geniş məlumatı sosial şəbəkələrdə yerləşdirmək və müştəri bazası yaratmaq,
- Müştəri və müvafiq sahə üzrə bazar araşdırmasının icrası, nəticələr əsasında analizlərin aparılması və inkişaf kanallarının müəyyən edilməsi.
- Kampaniyaların hazırlanması, satışa elan edilməsi, test edilməsi, tətbiqinin izlənilməsi, kampaniyalarla bağlı təkliflərin verilməsi,
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
- Yeni ideyalar yaradaraq uğurlu marketinq kompaniyalarını həyata keçirmək və idarə etmək.
- Əsas partnyorlarla strateji əlaqələr qurmaq.
- Müştərilərlə görüşlərin keçirilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi.
- Xarici dövlətlərin satış şirkətləri ilə əlaqələr qurmaq, partnyorluq əlaqələri yaratmaq, müqavilələr imzalamaq,
- Satışın artırılması üçün təkliflərin hazırlanması.
- Şirkətin bazarda təqdim etdiyi bütün növ xidmət, tərəvəz və başqa məhsullarının reklamını təşkil etmək.
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- E-mail marketinq sahəsində mütəmadi olaraq konseptlərin hazırlayır və təqdimatını aparır;
- Müştəri bazasını genişləndirir;
- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir.
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir.
- Müştərilərdən gələn sorğuları cavablandırır;
Tələblər:
- Təhsil : Ali (İqtisadiyyat, Marketinq və ya Biznes idarəçiliyi üzrə)
- Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili mütləq əla səviyyədə.
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.
İş qrafiki:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- İş günləri: Həftənin 6 günü, şənbə qısaldılmış iş günü
- İstirahət bazar günü.
- Nahar şirkət tərəfindən verilir.
- Telefon nömrəsi ilə təmin edilir.
- Ünvan: Bakı şəh. Babək pr.
- Əmək haqqı razılaşma yolu ilə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq üzrə mütəxəssis” yazaraq hr@karvanl.com ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...