Qısa məzmun
OBA marketlər şəbəkəsi Marketinq kommunikasiyaları şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili
- Kompüter bilikləri: MS Office
- Marketinq kommunikasiyaları (əsasən retail sektorda) minimum 2 il iş təcrübəsi;
- Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
- Marketing kommunikasiya kanallarından effektiv istifadə bacarığı
- Güclü vizuallaşdırma və kontent yaradıcılıq qabiliyyəti
- Müştərilərini və hədəf kütləni mükəmməl şəkildə tanıyıb onların fəaliyyətini analiz edə bilmə qabiliyyəti
- Dinamik, enerjili, məəsuliyyətli, kreativ, səbrli rəhbər
- Təzyiq altında işləməyi bacarmalı və dinamik pərakəndə sektora bələd olmalı
Vəzifə öhdəlikləri:
- Marketinq kommunikasiya strategiyasının yazılması, şirkətinin vizyonuna uyğun kommunikasiya planının hazırlanması
- Marketing kommunikasiyalar üzrə büdcənin ATL, BTL və TTL olaraq doğru bölgü edilməsi və izlənməsi
- Ənənəvi reklam platformalarında reklam bölgüsünün həyata keçirilməsi və komandanın düzgün istiqamətdə yönləndirilməsi
- Digital platformalarda reklam strategiyasının yazılması və komandanın düzgün istiqamətdə yönləndirilməsi
- PR strategiyası üzrə düzgün imic reklamları və KSM layihələrinin həyata keçirilməsinə rəhbərlik edilməsi
- Loyallıq proqramının(mobil tətbiq) idarə edilməsi üzrə iş təcrübəsi və loyallıq proqramının inkişafı üzrə yeni ideyaların yazılması
- Marketing üzrə NPS soröuları və araşdırmaların analiz edilməsi
- ROİ hesablanması və analiz edilməsi
- Güclü kommunikasiya bacarığı, şirkətin vizyon və missiyasının düzgün kommunikasiya edilməsi
Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq kommunikasiyaları şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...