Qısa məzmun
PAŞA Bank ASC Marketinq Kommunikasiyaları Şöbəsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
İşiniz nədən ibarətdir?
- Çoxfunksiyalı marketing kommunikasiyaları qrupuna rəhbərlik etmək; komandanın fəaliyyətinə nəzarət etmək, hədəf və məqsədlərini təyin etmək, iş prosesini, iş yükünü və bölgüsünü tənzimləmək;
- Şöbənin brendin idarəedilməsi, rəqəmsal marketing və marketing araşdırmaları sahələri üzrə fəaliyyətlərin əlaqələndirilməsi və koordinasiyası;
- Bankın xarici və daxili müştərilərinə məhsul və xidmətlər haqqındakı məlumatların çatdırılması, müştəri ehtiyaclarının düzgün müəyyən edilməsi və qarşılanması məqsədilə marketing və kommunikasiya strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi;
- Kampaniyaların səmərəliliyinin artırılması məqsədilə datanın təhlili;
- Maksimal nəticə və investisiya effektivliyinin əldə edilməsi məqsədilə ənənəvi, rəqəmsal və analitik vasitələrinin istifadəsi barədə qərarların alınması;
- Bankın brend metrikalarının yaxşılaşdırma strategiyaların hazırlanmasına və icrasına dəstək olması.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Marketinq, Iqtisadiyyat, Menecment və yaxud yaxın sahə üzrə ali təhsil
- Təcrübə: Bank və ya maliyyə sektorunun marketinq, reklam və ya kommunikasiya sahəsində ən az 3 il rəhbər və ya liderlik təcrübəsi olmaqla 6 ildən çox təcrübə
- Bazar bilikləri: Bank və maliyyə məhsulları və xidmətləri, o cümlədən tənzimləmə və komplayns tələbləri haqqında güclü anlayış
- Profesyonal biliklər:
- Sosial media, e-mail marketinqi və SEO/SEM daxil olmaqla rəqəmsal marketinq sahəsində təcrübə;
- Məlumatların təhlili, müştəri seqmentasiyası və hədəfləmə sahəsində təcrübə ilə yanaşı güclü analitik bacarıqlar;
- Daxili və xarici maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığıı;
- Brend təlimatlarının hazırlanması və tətbiqi üzrə təcrübə;
- Birdən çox layihə və prioritetləri eyni vaxtda idarə etmək bacarığı ilə layihələrin idarəedilməsi sahəsində güclü bacarıqlar;
- Kreativ və stratejik düşünmə qabiliyyəti, biznesin inkişafı və müştəri cəlbini təmin etmək üçün gərəkli olan effektiv marketinq kampaniyalarının və təşəbbüslərinin inkişaf etdirmə və həyata keçirmə bacarığı;
- Rəqəmsal marketinq və analitik alətlərdən (Adobe, Google, Dataroid, Adjust və s.) aktiv istifadə təcrübəsi.
- Xarici dil: Ingilis, Azərbaycan, Rus
- Kompüter bilikləri: MS Office
Link: https://qlor.me/lf57cyp5
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...