Marketinq Kommunikasiyaları Meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə.Rabitabank OJSC Marketinq Kommunikasiyaları Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Gərgin şəraitdə işləmə qabiliyyəti olmalıdır.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Bank strukturlarının reklam və promo məhsullarına ehtiyacını müəyyən etmək;
  • Bankın effekli, cəlbedici reklam vasitələrinin yerləşdirilməsi, formatı və tərkibi barəsində təkliflər hazırlamaq;
  • Bankın müxtəlif məhsul və xidmətləri üzrə reklam materiallarının dizayn konseptinin hazırlanmasında iştirak etmək;
  • İllik Marketinq büdcəsinin hazırlanmasında və düzgün idarə olunmasına iştirak etmək;
  • Rəhbərlik tərəfindən təsdiqlənmiş büdcəyə əsasən bankın illik reklam və kommunikasiya planının hazırlanmasında iştirak etmək və yüksək səviyyədə icrasını təmin etmək;
  • Təsdiqlənmiş məhsul və xidmətlərin işə salınması üçün lazımı zəruri və təxirəsalınmaz işlərin görülməsini təmin etmək;
  • Yeni məhsul və xidmətlər, filial şəbəkələrinin inkişafı və ya ixtisarı, müştəri şəbəkəsinin genişləndirilməsi və müştəri xidmətinin yaxşılaşdırılmasına dair təkliflər vermək;
  • Filial şəbəkəsində korporativ standartların qorunub saxlanmasına nəzarəti təşkil etmək;
  • Bankın struktur bölmələri tərəfindən təşkil olunan korporativ və digər tədbirlərin həyata keçirilməsində marketinq dəstəyinin göstərilməsini təmin etmək;
  •  Departamentin iş planının hazırlanmasında və onun icrasında birbaşa iştirak etmək;
  • Mövcud məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müştəri məmnuniyyətinin artırılması və onlarla bağlı qaydalara əlavə və dəyişikliklərin edilməsini həyata keçirmək;
  • Bankın marketinq siyasətinin inkişafını həyata keçirmək üçün məhsulların bazar araşdırmasının həyata keçirilməsində iştirak etmək;
  • Rübün sonunda aparılmış analizlərin nəticələrinə əsasən qeyri-effektiv reklam kanallarını müəyyənləşdirmək və nəticələrini növbəti rübün planı və İllik Marketinq Planı tərtib olunan zaman nəzərə almaq;
  • Promo məhsulların sifarişi və o cümlədən filialların ümumi vizual görünüşü ilə bağlı kompleks işləri icra etmək;
  • Marketinq kampaniyasının hazırlanması prosesində iştirak etmək.

Vəzifəyə olan tələblər:

  • İqtisadi və ya marketinq sahəsində ali təhsil;
  • Marketinq sahəsində ən azı 4 il iş təcrübəsi;
  • Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
  • Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
  • Gərgin şəraitdə işləmə qabiliyyəti.
  • Analitik düşünmə qabiliyyətinə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq Kommunikasiyaları” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com

Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Oxşar vakansiya siyahısı:

800 — 1001 ₼
Videoqraf

AzeriMed LLC Videoqraf vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

15.01.2025 - Bakı

Marketinq Departamentinin Direktoru

Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

29.12.2024 - Bakı

700 — 1000 ₼
Targetoloq

Improve Group Targetoloq vəzifəsi üzrə vakansiya elan edir. ...

Improve Group

28.12.2024 - Bakı

1200₼
Marketinq Müdiri

Bonamed MMC şirkəti Marketinq Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

Bonamed MMC

28.12.2024 - Bakı

Marketinq meneceri

AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.12.2024 - Bakı

600₼
Təqdimatçı

Azdizayn Group MMC Təqdimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Azdizayn Group

19.12.2024 - Bakı