Marketinq kommunikasiyaları üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Şam-Fi MMC Marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Marketinq kommunikasiyaları üzrə strategiya və taktiki tədbirlərin hazırlanmasında marketinq menecerinə dəstək göstərmək;
  • Marketinq kommunikasiyaları ilə bağlı kampaniyaların uğurla həyata keçirilməsinə nəzarət etmək;
  • Websaytlar, sosial media, “leads generation”, küçə reklamı və digər kommunikasiya kanallarının miksini layihələr üzrə tərtib etmək və əsaslandırmaq;
  • Bütün kommunikasiyaların kontentinə nəzarət etmək və lazımi hallarda yaratmaq;
  • Rəqiblərin kommunikasiyasını təhlil etmək;
  • Şirkətin korporativ kommunikasiyası üzrə təkliflər vermək və ona nəzarət etmək;
  • Agentliklər və digər tərəfdaşlarla görüşlər keçirmək, onların performansı haqqında məlumat toplamaq;
  • Layihələrin icrasında cari menecmenti həyata keçirmək.

Vəzifə üzrə tələb və bacarıqlar:

  • Marketinq sahəsində minimum 1 və ya 2 illik təcrübə ilə yanaşı inkişaf potensialını nümayiş etdirmək;
  • Hədəf seqmentlərin identifikasiya və təhlil olunmasında, onlar üçün müvafiq kommunikasiya kanallarının seçilməsində təcrübəyə malik olmaq;
  • Kommunikasiyalar üçün hədəfə yönəldilmiş kontentin seçilməsi qabiliyyətinə malik olmaq;
  • Kommunikasiya smetalarını tərtib etmək;
  • Yeni trendləri mütəmadi olaraq izləmək;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək, rus dilinin bilinməsi arzuolunandır;

İş şərtləri:

  • 5 günlük iş həftəsi
  • Ünvan: Bakı şəh., 8 Noyabr prospekti
  • Ə/h: 800 – 1200 AZN

Maraqlanan namizədlər mövzu yerində “Marketinq mütəxəssisi” yazmaqla öz CV-lərini hr@sham-fi.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı