Qısa məzmun
Spark MMC şirkəti Marketinq Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Satış hesabatlarını və məlumatları toplayıb həftəlik və aylıq hesabatlar vermək
- Rüblük və illik satış hədəflərini izləmək və hesabat verə bilmək
- Ehtiyac olduğu halda müştərilərlə telefon əlaqəsi saxlamaq, zəruri olduğu halda isə görüş təşkil etmək
- Təklifləri tələb olunan dildə hazırlamaq və lazımi tənzimləməni etmək
- İllik satış büdcəsinin hazırlanmasına və izlənilməsinə köməklik göstərmək
- Satış qrupunun həftəlik iclaslarının planlanmasını təşkil etmək və onları izləmək
- Satış qrupu üçün ehtiyac olan təlimləri və planlamanı təşkil etmək
- Şirkətin siyasət və prosedurlarını anlamaq və onlara əməl etmək
- İllik müştəri məmnuniyyəti anketlərini və təqdimatları hazırlamaq
- Baş tutacaq tədbirlər üçün lazım olan danışıqları və təşkilatçılığı həyata keçirmək
- Reklam və hədiyyələrin təşkilini həyata keçirmək
- Sosial şəbəkələr və internet saytımız üçün kiçik video-çarxlar hazırlamaq, yeni postlar paylaşmaq, sosial şəbəkələri və internet saytı aktiv saxlamaq
- Saytın hazırlanmasını və sayta düzəliş etməyi bilən namizədə üstünlük veriləcəkdir
- İş yeri: Bakı şəh.. Xətai ray., Zığ şosesi 27
- İş qrafiki: I-V günlər
- İş saatı: 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Ali təhsil (marketinq sahəsi üzrə olanlara üstünlük veriləcək)
- Marketing sahəsində iş təcrübəsi min. 3 il
- Kompüterdə və ofis proqramlarında sərbəst işləmək bacarığı
- İngilis və Rus dillərində səlist danışmaq və yazışmaq bacarığı
- Stressə davamlı, dəqiq, məsuliyyətli
- Yüksək ünsiyyət və inandırma qabiliyyətinə malik
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Marketing menecer” adını qeyd edərək hr@sparkbeton.com ünvanına CV-ni göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...