Marketinq Menecer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kia Motors Azərbaycan şirkəti Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

“Kia Azərbaycan” 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia korporasiyasının Azərbaycanda rəsmi distribütoru olaraq fəaliyyətə başlamışdır. Hazırda şirkətin marketinq fəaliyyətlərinə nəzarət edəcək marketinq menecer vəzifəsi üzrə vakansiya mövcuddur.

  • İş yeri: Bəşir Bünyadov, 11, Bakı, Sabunçu, AZ1040
  • İş qrafiki: I-VI günlər
  • İş saatı: 09:00-dan 18:00-dək, şənbə ( 09:00-dan 17:00-dək)
  • Əmək haqqı: 700-900 azn (namizəddən asılı olaraq)
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Sosial şəbəkələrin aktiv idarə edilməsi
  • Paylaşımların mətnlərinin hazırlanması
  • Postların hazırlanması, dizayn edilməsi
  • Reklamların yerləşdirilməsi
  • Rəhbərliyin tapşırığını düzgün və operativ yerinə yetirmək
  • Məşhur alış-veriş saytlarında Elanların yaradılması
  • Şirkət vebsaytında məlumatların redaktəsi, yüklənməsi

Namizədə tələblər:

  • Ali təhsil (marketinq yaxud biznes sahəsi üzrə olanlara üstünlük veriləcək)
  • Ən az 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir
  • Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl etməlidir.
  • İngilis dilini mükəmməl bilməsi mütləqdir, rus dili arzuolunandır.
  • Facebook, Instagram üzrə istifadəçi təcrübəsi, paylaşımların olunması, ehtiyac olduqda reklam yaratmaq.
  • Qrafik dizayn bacarığı (Adobe Photoshop) – Rəsmi server tərəfindən təmin olunan avtomobil şəkillərinə logo və başqa şablonları yerləşdirmə bacarığı.
  • Şirkətin sosial şəbəkə hesabları üçün postların hazırlanması
  • Səhifəyə gələn sorğuları cavablandırılmasını təmin etmək
  • Şirkətin vebsaytına məlumatların köçürülməsi, redaktə olunması
  • Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir

Bütün vəzifələr barədə işə başlamazdan öncə təlim keçiriləcək.
Bu vəzifə üçün uyğun olduğunu düşünən namizədlər öz CV-lərini hr@kia.az ünvanına subject bölməsinə “Marketing manager” yazaraq yollaya bilərlər.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı