Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ozerol Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə və Stresə davamlılıq olmalıdır.
Ünvan: Bakı şəhəri , Vaqif prospekti 3
İş qrafiki- həftədə 6 gün, 09:00-18:00
Əmək haqqı – razılaşma yolu ilə
VƏZİFƏNİN TƏLƏB ETDİYİ XÜSUSİYYƏTLƏR
- Təhsil: Ali Menecment, biznesin idarəedilməsi, marketinq
- Təcrübə müddəti: Uyğun vəzifədə 3-5 il
- Dil Bilikləri: İngilis dili (yazma, danışıq əla), Rus dili (yazma, danışıq əla)
- Kompüter Bilikləri: MS Excel, MS Office, proqramlarla işləmə təcrübəsi
- İxtisas Bilikləri: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri,
- Xüsusi Şərtlər: Analitik düşüncə, Stresə davamlılıq, Stratejik düşünmə, Kreativlik, Liderlik, Prezentasiya etmə qabiliyyəti, mürəkkəb vəziyyətlərdə problemlərin həlli və düzgün qərar vermə bacarığı.
VƏZİFƏ FUNKSİYALARI
- Brendin istehlakçısını tanımaq/başa düşmək:
- İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
- Araşdırma nəticələrini Marketinq departamentinin direktoruna təqdim etmək və təsdiqlətmək
- Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək
- Bazarı tanımaq/başa düşmək və strategiyaları işləyib hazırlamaq
- Bazarın dinamikasını, bazardakı rəqibləri və rəqiblərin məhsullarındakı inkişafı izləmək və hesabatlar hazırlamaq
- Brendlərin həyat siklini idarə etmək
- Cavabdeh olduğu brendin məhsul portfelindəki məhsulların qablaşdırma, reklam, POS və POP materiallarının məhsul və marka ilə uyğunluğun olmasını təmin etmək və buna davamlı nəzarət etmək.
- Mövqeyləndirmə fəaliyyətlərini həyata keçirmək, bütün məhsul irəlilədilmə fəaliyyətlərinin brendin mövqeyləndirməsinə uyğunluğunu izləmək
- Brend kommunikasiyasını idarə etmək:
- Reklam (Sosial Media, Outdoor, İndoor, Print) briflərini, POP və POS materiallarının briflərini hazırlamaq və təsdiqlətdirmək
- Media monitorinq hesabatlarını və araşdırmaların nəticələrini izləmək və qiymətləndirmək
- Rəqib brendlərin məhsullarının kommunikasiya yenilikləri haqda hesabatları izləmək.
- Məhsul strategiyasının müəyyən edilməsində, yeni məhsulların portfelə əlavə edilməsində və mövcudların effektivliyinin yoxlanaraq qərarlar verilməsində rol almaq
- İstehlakçı ehtiyaclarındakı boşluqları və yeni inkişaf edən istehlakçı davranışlarını müəyyənləşdirərək şirkətdə əlavə dəyər yaradacaq yeni məhsul və məhsul təkmilləşdirmə fikirlərini hazırlayaraq təkliflər vermək
- Marketinq planlaşdırması və icraatı:
- Məhsulun brendinq strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun olaraq layihənin həftəlik izlənilməsini həyata keçirmək
- Promosiyon, taktiki satış və qiymətləndirmə fəaliyyətlərini inkişaf etdirmək
- Layihələrin və kampanyaların büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
- Marketinq layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
- Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək.
- Satış kanallarının inkişaf etdilməsi .
- Satış kanallarını ziyarət edərək, məhsulların vitrində və paylaşdırma kanallarındakı effektivliyini, merchandising fəaliyyətlərini yoxlamaq
- Satış hədəflərinə çatmaq üçün satışın stimullaşmasına yönəlik fəaliyyətlər planlamaq.
- Həyata keçirilən satışın stimullaşdırılması fəaliyyətlərinin qiymətləndirmə hesabatlarını hazırlamaq
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...