Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Super Toys Marketinq meneceri üzrə akansiya elan edir. İngilis və rus dilləri arzuolunandır.
Şirkətimiz SuperToys.az oyuncaq aləmi olaraq, hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında tək rəsmi diler olaraq fəaliyyət göstərir.
Vəzifə : Marketinq meneceri
İş yeri : Əhməd Rəcəbli 156 ( Aynalı Plaza) yerləşir.
İş rejimi : Həftədə 5 gün
Əmək haqqı – 1000 – 1200 azn
Vəzifə öhdəlikləri:
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
- Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətini həyata keçirmək;
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
- Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Anket sorğularının, müsahibələrin planlaşdırılması və yerinə yetirilməsini təşkil etmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
- Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
Namizədə Tələblər:
- Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi mütləqdir;
- Azərbaycan dili – yüksək, İngilis və rus dilləri arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Dürüslük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik
- Komandada işləmə və komandanı idarəetmə
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Marketinq meneceri” qeyd etməklə (hr@supertoys.az, Marketinq@supertoys.com ) ünvanlarına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...