Marketinq meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. Sərbəst İngilis və Rus dili bilikləri olmalıdır.

Tələblər:

  • Ali təhsil ( Tibbi təhsil üstünlükdür )
  • Marketinq təcrübəsi ən azı 3-5 il (Əczaçılıq sahəsində olması mütləqdir )
  • Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər
  • İnformasiyanın təhlili və analiz etmək bacarığı
  • Sərbəst İngilis və Rus dili bilikləri

Vəzifə öhdəlikləri:

  • Marketinq planının hazırlanması və ona uyğun iş qrafikinin təşkili;
  • Marketinqin inkişafı istiqamətində daim təhlilin aparılması;
  • Şirkətin təqdim etdiyi cari, həmçinin yeni məhsul və xidmətlərin reklamının təşkil edilməsi;
  • Yerli və xarici satış kanallarının (İnternet, web portallar vasitəsi ilə) müəyyən edilməsi, habelə müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanaraq icra edilməsi
  • Müştəri bazasının genişləndirilməsi və şatışın təkmilləşdirilməsi məqsədi ilə PR və reklam layihələrinin hazırlanması
  • Şirkətin məhsul və xidmətlərinin rəqabət qabiliyyətinin qiymətləndirilməsi
  • Digital Marketinq üzrə kampaniyaların təşkili və idarə edilməsi
  • Şirkətin mövcud marketinq kampaniyalarının daima nəzarətdə saxlanılması və gedişat barədə rəhbərliyin məlumatlandırılması
  • Tələbat olmayan malların və xidmətlərin bazara təqdim edilməsinin məhdudlaşdırılması
  • Şirkət strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul və xidmətlərin təklifinin hazırlanması
  • İstifadə olunan saytların effektivliyinin artırılması

İş şəraiti:

  • İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı 1200-1500 manat;

    Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı