Qısa məzmun
Nurgun Holding Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dillərini sərbəst bilməlidir.
İş barədə məlumat:
- Marketinq strategiyasının tədbiqi planının hazırlanması və rəhbərə təqdim edilməsi
- Şirkətin marketinq məlumat baza sisteminin qurulması
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
- Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması
- Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi
- Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)
- Şirkət üzrə brend istifadəsinə nəzarət
- Şirkətin PR və Reklam siyasətinin hazırlanması
- Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması
- PR və Reklam işlərinin aparılması
- Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi
Tələblər:
- Ali təhsil;
- Yüksək səviyyədə komputer bilgiləri;
- Rus və ingilis dillərini sərbəst bilməli;
- Yaş həddi 27-35 arası;
- Ən azı 2 il iş təcrübəsi olmalı;
Şəxsi keyfiyyətlər:
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
Digər məlumatlar:
- yüksək karyera imkanları;
- iş saatları: 09:00-dan 18:00-dək;
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə “Marketinq meneceri” yazmaqla hr@nurgun.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...