Marketinq meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azersun Holding Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rus dili və İngilis dili biliyi arzu olunandır.

Namizədə aid tələblər:

  • Ali təhsilli (Marketinq sahəsində) olmalı;
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübə (xüsusilə FMCG sahəsi);
  • Dil bilikləri: İngilis, rus;
  • MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.

İş haqqında məlumat:

  • Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırmaq və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq;
  • İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
  • Şirkətin ixrac etdiyi markaların vəziyyətini görə bilmək, ixrac edilən ölkədəki trendləri, dinamikanı izləmək üçün mütəmadi qeyd edilən ölkələri ziyarət etmək;
  • Məhsulun qablaşdırması, reklam, çap materiallarının məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək;
  • Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
  • Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək;
  • Reklam (TV, Açıq hava, Radio, mətbuat) briflərini, POP materiallarını hazırlamaq və işin gedişatına nəzarət etmək.

Çalışma qrafiki:

  • Həftəiçi 5 gün, saat 09:00-18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına (“Marketinq meneceri” başlığı ilə) göndərə və ya https://hr.azersun.com/pages/openPosition.aspx?Lang=2&ID=2071 rel=”nofollow”  linkə keçid edərək müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

Brand Manager

Experience: Minimum 3 years in retail or brand management Salary: Negotiable Contract Type: Official employment per the Labor Code of Azerbaijan About the Company: We are ...

BayGroup

09.04.2025 - Bakı

1500₼
Marketinq meneceri

AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

19.03.2025 - Bakı

SMM mütəxəssisi

GESCO SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

GESCO ASC

17.03.2025 - Bakı