Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2021 -ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Marketinq meneceri (Təmizlik vasitələri üzrə)
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Marketinq, satış və satınalma sahəsində 3 il iş təcrübəsi
Təhsil: Ali (Marketinq və ya İqtisad yönümlü)
Yaş həddi: 25 – 35 yaş
İşin Təsviri: Təsdiqlənmiş strategiya, plan və büdcə çərçivəsində bütün səlahiyyətlərə sahibdir. Marka dəyərinin qorunması və müvafiq Keyfiyyət standartları çərçivəsində sifariş edilmiş hər hansı bir məhsulun bazara verilməsi və ya bazardan geri çəkilməsinə qərar verir.İllik büdcə çərçivəsində biznes, marka və məhsul ehtiyacına uyğun bazar araşdırma qərarlarını verir.İllik marketinq fəaliyyət planı və büdcəsi çərçivəsində marka yatırımlarının həyata keçirir.
Vəzifə öhdəlikləri:
- Məsul olduğu fabriklər üzrə aylıq satınalma proqnozlarının verilməsi;
- Gündəlik stok tənzimlənməsi;
- Bazar araşdırmalarının həyata keçirilməsi və qiymət tənzimlənməsi;
- Aylıq planlar üzrə satış kanallarında satışların izlənməsi;
- Tələb proqnozlaşdırılmasının müvafiq stukturlarla razılaşdırlması;
- Məhsul qiyməti siyasətinin hazırlanması, qiymət formalaşması zəncirinin idarə edilərək mənfəətliliyin təmin edilməsinə nəzarət;
- Marketinq və ticari marketinq üzrə xərc büdcələrinin müəyyənləşdirilməsi, brut kar və net kar cavabdehliyi
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Microsoft Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
- Yüksək ünsiyyət və idarəçilik bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş qrafiki: 5 günlük
Müraciət qaydaları: aysel.huseynova@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Təmizlik kateqoriyası üzrə Marketinq Meneceri” yazaraq CV göndərməklə müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...